Qastroskopiya zamanı hansı anestetik məhlul istifadə edilir?
3%-li trimekain yeridilir
0,25% novakain yeridilir
0,5%-li novakainlə anesteziya edilir
Udlağa 1%-li dikain məhlulu sürtülür
Anesteziya edilmir
Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan qaldırmaq üçün udlağa 1%-li dikain məhlulu sürtülür.
Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152)M.M.Abakumov. Moskva-1985
Sorulan sintetik saplara hansı saplar aid edilir?
Neylon
Kapron
Vikril
Dakron
Lavsan
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.
Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov. Moskva-1985
Dostları ilə paylaş: |