Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ?
Sünbülvari sarğı
Spiral şəkilli sarğı
Ləçək sarğısı
Dezo sarğısı
Tısbağavari sarğı
Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğı ilə aparılır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir əşya qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralı saxlayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
Döş qəfəsi yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?
Bint sarğısı
Ləçək sarğısı
Gips sarğısı
Okkluzyon sarğı
Dezo sarğısı
Döş qəfəsi zədələnmələri içərisində ən qorxulu ağırlaşmalardan biri pnevmotoraksdır, yəni plevra boşluğuna hava yığılmasıdır. Ağciyər deşikdikdə hər dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır (atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiq atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava daxil olur. Bunun qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.
Dostları ilə paylaş: |