Yoğun bağırsağların kolonoskop vasitəsilə müayinəsi kolonoskopiya adlanır. “Kolon” latınca yoğun bağırsaq deməkdir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
Yağ imaləsini nə vaxt aparılır?
Qarın boşluğunda aparılacaq əməliyyatdan qabaq
Uzun sürən qəbizlikdə
Zəhərlənmələrdə
Doğuşdan qabaq
Ağır xəstələri qidalandırmaq üçün
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır. Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.
Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.