Troakar nə üçün işlədilir?
Duodenal zondlama üçün
İntubasiya üçün
Punksiya üçün
Sistoskopiya üçün
Paranefral blokada üçün
Troakar klassik metaldan olmaqla birdəfəlik və çoxdəfəlik olaraq iki formada işlədilir:Birdəfəlik troakarlar,drenaj boru ilə birləşmiş vəziyyətdə istifadə
edilir.Troakardan assitlər zamanı qarın boşluğunu və plevra boşluğunu punksiya edərkən bağırsaqları zədələməmək üçün istifadə edilir.
Ədəbiyyat:H.A.Sultanov.Bakı-1997 (səh.43)
Əməliyyatönü dövr hansı vaxtdan başlayır?
Xəstəlik başlanan vaxtdan
Xəstəxanaya daxil olan vaxtdan
Diaqnoz qoyulan vaxtdan
Cərrahi şöbəyə daxil olan vaxtdan
Əməliyyat başlanan vaxtdan
Xəstəyə diaqnoz qoyulduqdan sonra xəstəyə əməliyyatın vacib olduğu məlum olduqda xəstə cərrahi şöbədə yerləşdirilir ki, əməliyyata hazırlansın. Cərrahi şöbəyə daxil olan vaxtdan başlayan dövr əməliyyat önü dövr adlanır.
Ədəbiyyat:Ю.А.Нестеренко «Хирургические болезни». Москва «Медицина» 1983. Səh. 96
Dostları ilə paylaş: |