Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
Reanimaiya şöbəsində və əməliyyatdan sonrakı palatada
Ümumi palatada
Operasion blokda
Təcrid palatasında
Xəstəxanadan çıxarılır
Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsində və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı və tənəffüs sisteminə dəqiqliklə nəzarət etmək mümkün olsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64
Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
Müdaxilə
Operativ gediş
Əməliyyatın sonu
Əməliyyatın gedişi
Əməliyyatdan sonrakı dövr
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması dövrü adlanır.
Ədəbiyyat: Ю.А.Нестеренко.«Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
Dostları ilə paylaş: |