Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?
Arxası üstə
Sağ tərəfi üstə
Sol tərəfi üstə və ayaqlar qarına yığılmış vəziyyətdə
Diz-dirsək vəziyyətində
Qarın üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol tərəfi üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
A) 40-41C0
B) 38-40 C0
C) 37-38 C0
D) 33-35 C0
E) 42-44 C0
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 C0-yə qədər qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
Dostları ilə paylaş: |