Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
Arterial təzyiqin artması
Dəri örtüyünün avazıması
Dərinin hiperemiyası
Temperaturun yüksəlməsi
Diurezin artması
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
Buz qovuqcuğunun qoyulması
Ətrafa yuxarı vəziyyətin verilməsi
Damarların sklet sümüklərinə sıxılması
Damara tikilməsi
Damar protezinin qoyulması
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Dostları ilə paylaş: |