Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?
Hərəki narahatlıq
Hərəkətsiz, yarımoturaq
Dizləri qarına yığılmış (sıxılmış) vəziyyətdə
Opistotonus
Trendlenburq
Mədə xorası ağrıları zamanı xəstə ayaqlarını qarnına yığdıqda, qarın əzələlərinin gərilməsi azalır və bu da ağrının intensivliyinin azalmasına səbəb olur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Mexaniki antiseptikaya hansı aiddir?
Yaraya bakteriofaq vurmaq
Yaraların spirtlə dezinfeksiyası
Yaraların I-li cərrahi işlənməsi
Eyni qrupdan qan köçürmək
Yaraya sarğı qoyulması
Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Dostları ilə paylaş: |