|
Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
|
səhifə | 438/564 | tarix | 07.04.2022 | ölçüsü | 440,72 Kb. | | #54917 |
| 2019-04-23 11-51-27
Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
Dezo sarğısı
Tısbağavari sarğı
Səkkizvari sarğı
Sürünən sarğı
T-şəkilli sarğı
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur. Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
Yarım oturaq
Qurbağa vəziyyətində
Qarın üstə
Arxası üstə
Ayaq üstə
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqları aralanmış, ayaqları arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
Tısbağavari sarğı yuxarı ətraf zədələnmələrində hansı nahiyyəyə qoyulur?
Dirsək nahiyyəsinə
Bazu nahiyyəsinə
Ələ
Mil bilək oynağı nahiyyəsinə
Barmaqlara
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur. Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
Dostları ilə paylaş: |
|
|