Gips sarğısı qoyulmuş xəstələrdə şiddətli ağrı olarsa tibb bacısı nə etməlidir?
Həkimə xəbər verməli
Narkotik maddə vurmalı
Novakain blokadası etməli
Ətrafın vəziyyətini dəyişməli
Gips sarğısını kəsməli
Gips sarğısı qoyulmuş xəstədə şiddətli ağrı olarsa tibb bacısı həkimə məlumat verməlidir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 291
“Diterexs” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?
Aşağı ətraf sınıqlarında
Yuxarı ətraf sınıqlarında
Qabırğa sınıqlarında
Çanaq sınıqlarında
Onurğa sınıqlarında
“Diterexs” şinası 3 hissədən ibarətdir: Birinci boyuna müvafiq qoltuq altı şuxura yerləşdirilərək tış tərəfdən, ikinci hissə qasıq nahiyyəsinə, üçüncü hissə isə ayaq nahiyyəsinə təsbit edilir. İlk yardım kimi aşağı ətraf sınıqlarında qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Dostları ilə paylaş: |