Əməliyyatdan sonraki ağırlaşmaya nə aid deyil?
Yaradan qanaxma
Ağrı şoku
Yaranın çapıqlaşması D)Tikişlərin aralanması E)Yara ətrafında qızartı
Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb bacısı nə etməlidir?
Palatanın havasını dəyişdirmək
Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək
Xəstəni xəstəxana mühitinə uyğunlaşdırmaq
Əməliyyat sahəsinə buz qovuğunu qoymaq
Xəstəyə yuxugətirici preparat təyin etmək
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb bacısı əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77
Dostları ilə paylaş: |