481) Qaraciyər sirrozu ən çox hansı xəstəliyin nəticəsində olur?
A) Konovalov – Vilson xəstəliyi
B) Qan dövranında çatmamazlıq olduqda
C) Hemoxromatoz
D) Viruslu hepatit
E) Qeyri-viruslu hepatit
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
482) Qaraciyər komasına təhlükə olduqda pəhrizdə nəyi məhdudlaşdırmaq lazımdır?
A) Mayeni
B) Zülalları
C) Korbohidratları
D) Mineral duzları
E) Yağları
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
483) Xroniki xolesistitin remissiya fazası üçün nə xarakterikdir?
A) Qıcqırma
B) Sağ qabırğa altında ağrı
C) Sadalananlardan heç biri
D) Yağlı qidanı pis həzm etmək
E) İshal və qəbizliyin növbələşməsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
484) Öd kisəsi “işləməyən” xəstələrə diaqnoz qoymaq üçün hansı metoddan istifadə olunur?
A) Duodenal zondlama
B) Sadalananlardan hamısı
C) Venadaxili xoleqrafiya
D) Stintiqrafiya
E) Xolesistoqrafiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
485) Hansı maddənin təsirindən mədəaltı vəzi şirənin və bikarbonatların ifrazını artırır?
A) Askorbin turşusu
B) Sekretin
C) Atropin
D) Xolesistokinin
E) Süd
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
486) Pankreatit zamanı ağrının klassik lokalizasiyası necədir?
A) Göbəkətrafı
B) Sağqabırğaaltı
C) Kəmərvari
D) Epiqastral
E) Solqabırğaaltı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
487) Qrammüsbət flora ilə yaranmış pnevmoniyanın müalicəsində hansı antibiotiklə başlamaq lazımdır?
A) Eritromisin
B) Levomisetin
C) Pensillin
D) Tetrasiklin
E) Streptomisin
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
488) Xroniki bronxitlə bronxoektaziyanın differensial diaqnostikası nəyə əsasən aparılır?
A) Bronxoqrafiyaya
B) Xəstənin fiziki müayinəsinə
C) Ağciyərlərin rentgenoqrammasına
D) Bronxoskopiyaya
E) Spiroqrafiyaya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
489) Bronxoektaziyanın cərrahi müalicəsinə göstəriş hansıdır?
A) Xroniki tənəffüs çatmamazlığı zamanı fəsadlaşmış bronxoektazlar
B) Bir seqmentdə olan subklinik bronxektazlar
C) Ağciyər ürəyi ilə fəsadlaşan iki tərəfli diffuz bronxektazlar
D) Bir payda olub qanaxmayla ağırlaşan bronxektazlar
E) Bir payda olub, tez – tez qanaxmalar verən bronxektazlar və ikinci ağciyərdə olan plastomatoz proseslər
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
490) Quru öskürək zamanı uzun müddətli qanhayxırmada hansı xəstəlikdən şübhələnmək olar?
A) Bronxoektaziya xəstəliyi
B) Pnevmokonioz
C) Xroniki pnevmoniya
D) Ağciyər vərəminin kavernoz forması
E) Bronxun xərçəngi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
491) Hemorragik maye plevra boşluğuna nə zaman yığıla bilər?
A) Qan dövranı çatmamazlığında
B) Blastomatoz proseslərdə
C) Plevranın empiemasında
D) Qripdən sonra
E) Vərəm plevritində
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
492) Mayenin plevra boşluğuna tez bir zamanda təkrar yığılması hansı xəstəliyin tipik əlamətidir?
A) Ağciyər vərəmi
B) Bronxların adenokarsinoması
C) Plevranın mezotelioması
D) Xroniki qan dövranı çatmamazlığı
E) Sistem qırmızı qurd eşənəyi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
493) Kəskin pnevmoniyanın ekssudativ plevritlə ağırlaşması zamanı hansı müalicə göstərişdir?
A) Plevra boşluğunun drenajı
B) Butadionun təyini
C) Elektrofizio müalicə
D) Antibiotikin dəyişdirilməsi
E) Oksigenoterapiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
494) Ağciyər qanaxması zamanı qanın rəngi necə olur?
A) Tünd, laxtalı
B) Al qırmızı, köpüklü
C) Tünd qırmızı
D) Tünd qırmızı, köpüklü
E) “Qəhvə xıltı” şəklində
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
495) Ağciyər absesi olan xəstənin əsas problemi nədir?
A) Ağciyər qanaxması
B) Qanhayxırma
C) İrinli bəlğəmlə öskürək
D) Halsızlıq
E) Baş ağrısı
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
496) Ağciyərin havalığının artması hansı xəstəlikdə rast gəlinir?
A) Ağciyərin emfizeması
B) Pnevmoskleroz
C) Hidrotoraks
D) Ağciyərin absesi
E) Hemotoraks
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
497) Bayılma zamanı xəstəyə hansı vəziyyət verilməlidir?
A) Sol tərəfinə uzatmaq
B) Sağ tərəfinə uzatmaq
C) Üfüqi
D) Yarımoturaq
E) Oturaq
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
498) Yağ emboliyasının səbəbi nə ola bilər?
A) Yağlı məhlulun daxilə qəbulu
B) Yağlı məhlulun dəri altına yeridilməsi
C) Yağlı məhlulun əzələ daxili yeridilməsi
D) Yağlı məhlulun dəri içinə yeridilməsi
E) Yağlı məhlulun vena daxili yeridilməsi
Ədəbiyyat: И.С. Мельникова. Процедурая медицинская сестра. «ГРАНТЬ» Москва 1997
499) Hava emboliyasının səbəbi nə ola bilər?
A) Havanın məhlulla birgə dəri içinə yeridilməsi
B) Havanın məhlulla birgə əzələyə yeridilməsi
C) Havanın məhlulla birgə venaya yeridilməsi
D) Havanın məhlulla birgə dəri altına yeridilməsi
E) Havanın şprisə düşməsi
Ədəbiyyat: И.С. Мельникова. Процедурая медицинская сестра. «ГРАНТЬ» Москва 1997
500) Xəstənin ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə olunur?
A) 3%-li hidrogen – peroksid məhlulu
B) 0,25%-li novakain məhlulu
C) Furasillin məhlulu
D) 0,5%-li natrium – bikarbonat turşusu, 5%-li borat turşusu
E) 0,9%-li natrium-xlorit məhlulu
Ədəbiyyat: И.С. Мельникова. Процедурая медицинская сестра. «ГРАНТЬ» Москва 1997
501) Ağır xəstənin dərisinə qulluq üçün nədən istifadə olunur?
A) 0,5%-li natrium bikarbonat məlulundan
B) 5%-li borat turşusundan
C) Sabunlu sudan
D) Zəif kalium permanqanat məhlulundan
E) 0,9%-li natrium xlorid məhlulundan
Ədəbiyyat: Е.А. Гарунова. Общий уход за больными. «Медицина» Москва 1974
502) Hektik qızdırma hansı xəstəliklər zamanı müşahidə oluna bilər?
A) Ağciyərin abses və qanqrenası
B) Kəskin bronxit
C) Xroniki pnevmoniya
D) Xroniki xolesistit
E) Kəskin nefrit
Ədəbiyyat: Е.А. Гарунова. Общий уход за больными. «Медицина» Москва 1974
503) Əzələ daxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
A) 50 – 60 mm
B) 60 – 80 mm
C) 80 – 90 mm
D) 30 – 40 mm
E) 40 – 50 mm
Ədəbiyyat: И.С. Мельникова. Процедурая медицинская сестра. «ГРАНТЬ» Москва 1997
504) Mədənin yuyulmasına göstəriş hansıdır?
A) Kəskin xolesistit
B) Xronik enterit
C) Kəskin kolit
D) Kəskin qastrit
E) Xroniki kolit
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
505) Nəbzin sayı normada necə olmalıdır?
A) 90 – 100 (1dəq)
B) 70 – 80 (1dəq)
C) 60 – 90 (1dəq)
D) 80 – 90 (1dəq)
E) 60 – 70 (1dəq)
Ədəbiyyat: Ф.И. Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
506) Hipertonik kriz zamanı tibb bacısının ilk taktikası nədir?
A) Xəstəni uzadıb hipoteniziv dərman vermək
B) Xəstəni uzadıb validol vermək
C) Xəstəyə yarımoturaq vəziyyət verib həkimi çağırmaq
D) Xəstəni uzadıb həkimi çağırmaq
E) Xəstəyə yarımoturaq vəziyyət verib hipotenziv dərman vermək
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
507) Aşağıdakı preparatlardan hansı hipotenziv təsir göstərir?
A) Dibazol, vitamin B1
B) Droperidol, nifedipin
C) Klofellin, kofein
D) Nitroqliserin, validol
E) Kordiamin, maqnezium – sulfat
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные срества. «Медицина» Москва 2002
508) Aşağıdakı preparatlardan hansı hipertenziv təsir göstərir?
A) Prednizolon, vitamin B1, kofein
B) Dibazol, kordiamin, kofein
C) Droperidol, nitroqliserin, vitamin B1
D) Vitamin B1, kofein, maqnezium sulfat
E) Dibazol, kordiamin, validol
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные срества. «Медицина» Москва 2002
509) Aşağıdakı fəsadlardan hansı hipertoniya xəstəliyi üçün xas deyil?
A) Tənəffüs çatmamazlığı
B) Hemorragik insult
C) Torlu qişaya qansızma
D) Miokard infarktı
E) Hipertonik kriz
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
510) Sidiyin “ət suyu” rəngində olması nə adlanır?
A) Albuminuriya
B) Bakteriuriya
C) Proteinuriya
D) Piuriya
E) Hematuriya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
511) Plevral punksiyaya göstəriş nədir?
A) Eksudativ plevrit
B) Quru plevrit
C) Bronxektaziya xəstəliyi
D) Ağciyər emfizeması
E) Pnevmoniya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
512) Süni qidalanmaya göstəriş nədir?
A) Oyanıqlı vəziyyət
B) Huşsuz vəziyyət
C) Qaraciyər sirrozu
D) Cərrahi əməliyyatdan sonrakı vəziyyət
E) Mədə və 12 barmaq bağırsaq xorası
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. “Təhsil”, Bakı 1998
513) Yoğun mədə zondunun ölçüləri hansıdır?
A) Uzunluğu 60 sm, d=1 sm
B) Uzunluğu 70 sm,d=1 sm
C) Uzunluğu 50 sm, d=2 sm
D) Uzunluğu 1 m, d=2 sm
E) Uzunluğu 80 sm, d=0,5 sm
Ədəbiyyat: Е.А. Пагунова. Общий уход за больными. «Медицина» Москва 1974
514) Xardal yaxmasının istifadə müddəti nə qədərdir?
A) 10 – 15 dəqiqə
B) 15 – 20 dəqiqə
C) 20 – 25 dəqiqə
D) 20 – 30 dəqiqə
E) 3 – 5 dəqiqə
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. “Təhsil”, Bakı 1998
515) Normada tənəffüs hərəkətlərinin sayı necə olmalıdır? (1 dəqiqədə)
A) 20 – 30
B) 10 – 15
C) 14 – 20
D) 15 – 25
E) 8 – 12
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
516) Aşağıdakı preparatlardan hansı antikoaqulyant təsir göstərir?
A) Kalsium xlorid
B) Aminokapron turşusu
C) Disinon
D) Heparin
E) Vikasol
Ədəbiyyat: М.Д. Машковский. Лекарственные срества. «Медицина» Москва 2002
517) Kontrast maddə istifadə edilməklə bronxların R-ji müayinəsi nə adlanır?
A) Tomoqrafiya
B) Flüroqrafiya
C) Bronxoqrafiya
D) Fibrobronxoskopiya
E) Broxoskopiya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
518) Iri arteiyalara kontrast maddə yeritməklə aparılan müayinə növü nə adlanır?
A) Tomoqrafiya
B) Koronaroqrafiya
C) Elektrokardioqrafiya
D) Rentgenoqrafiya
E) Angioqrafiya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
519) Tac damarlara kontrast maddə yeritməklə aparılan müayinə növü nə adlanır?
A) Koronaroqrafiya
B) Angioqrafiya
C) Tomoqrafiya
D) Rentgenoqrafiya
E) Elektrokardioqrafiya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
520) Tənəffüs hərəkətlərinin dayanması nə adlanır?
A) Taxikardiya
B) Apnoe
C) Bradipoe
D) Taxipnoe
E) Ortopnoe
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
521) Tənəffüs hərəkətlərinin azalması nə adlanır?
A) Apnoe
B) Bradipnoe
C) Bradikardiya
D) Ortopnoe
E) Taxipnoe
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
522) Astma tutması zamanı xəstənin aldığı məcburi vəziyyət nə adlanır?
A) Apnoe
B) Fovler vəziyyət
C) Ortopnoe
D) Taxipnoe
E) Bradipnoe
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
523) Miokarddan gələn elektrik impulslarının lent üzərinə yazılması nə adlanır?
A) Elektrokardioqrafiya
B) Elektroexoqrafiya
C) Elektroensefaloqrafiya
D) Ossiloqrafiya
E) Koronaroqrafiya
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
524) Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
A) 12 – 16 l
B) 6 – 8 l
C) 5 – 7 l
D) 10 – 12 l
E) 4 – 6 l
Ədəbiyyat: Е.И. Гагунова. Общий уход за больными. «Медицина» Москва 1974
525) Xronik pankreatit zamanı pəhriz stolunun nömrəsi hansıdır?
A) Stol № 7
B) Stol № 3
C) Stol № 4
D) Stol № 5
E) Stol № 6
Ədəbiyyat: Ф.И.Комаров. Внутренние болезни. «Медицина» Москва 1990
526) Spastik qəbzlik zamanı təmizləyici imalənin temperaturu necə olmalıdır?
A) 30° - 32°
B) 30° – 40°
C) 15° – 20°
D) 20° – 25°
E) 40° - 45°
Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. “Təhsil”, Bakı 1998
527) Melena nədir?
A) Qanlı dölyanı su
B) Qanlı mədə şirəsi
C) Qanlı bəlğəm
D) Qanlı sidik
E) Qanlı nəcis
Ədəbiyyat: Н.И. Федюкович Внутренние болезни, учебное “Фенике”, Минск 2000
528) Hipertenziya nədir?
A) Arterial təzyiqin azalması
B) Damar tonusunun artması
C) Damar tonusunun azalması
D) Mərkəzi venoz təzyiqin artması
E) Arterial təzyiqin artması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
529) Hirudoterapiya nədir?
A) İşıqla müalicə
B) Qanburaxma
C) Su ilə müalicə
D) İqlimlə müalicə
E) Zəli ilə müalicə
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
530) Hipotoniya nədir?
A) Mərkəzi venoz təzyiqin artması
B) Arterial təzyiqin artması
C) Damar mənfəzinin daralması
D) Mərkəzi venoz təzyiqin azalmaıs
E) Arterial təzyiqin azalması
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
531) Qanın biokimyəvi müayinəsi üçün neçə ml qan götürürlər?
A) 1 ml
B) 3 ml
C) 5 ml
D) 4 ml
E) 2 ml
Ədəbiyyat: В.С. Камышников. Справочник по клинико – биохимической лабораторной диагностике «беларусь» Минсск 2000
532) Biokimyəvi müayinə üçün qan nə vaxt götürülür?
A) Qida qəbulundan 30 dəqiqə sonra
B) Qida qəbulundan 45 dəqiqə sonra
C) Qida qəbulundan asılı olmayaraq
D) Qida qəbulundan 15 dəqiqə sonra
E) Ac qarına, səhər
Ədəbiyyat: В.С. Камышников. Справочник по клинико – биохимической лабораторной диагностике «беларусь» Минсск 2000
533) Saturasiya nədir?
A) Eritrositlərdə O2-nin miqdarı
B) Qanın turşu-qələvi vəziyyəti
C) Qanda şəkərin miqdarı
D) Qanda O2-nin miqdarı
E) Qanda C02-nin miqdarı
Ədəbiyyat: О.А.Долина. Анестезиология и реаниматология. ГЭОТАР – медиа, Москва 2007
534) Aşağıdakılrdan hansı instrumental müayinəyə aid deyil?
A) Tomoqrafiya
B) Palpasiya
C) EXQ
D) EKQ
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
535) Aşağıdakılardan hansı subyektiv müayinə üsulu sayılır?
A) Palpasiya
B) Sorğu
C) Baxış
D) Perkussiya
E) Auskultasiya
Ədəbiyyat: В.И. Маколкин; С.И. Овчаренко. Внутренние болезни. «Медицина» Москва 1989
536) Kəskin damar çatmamazlığına nə aiddir?
A) Sopor
B) Stupor
C) Kollaps
D) Koma
E) Hipoksiya
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
537) Süni tənəffüsə göstəriş nədir?
A) Ağır hipoksiya
B) Zəhərlənmə
C) Tənəffüs yollarında yad cisim
D) Bayılma
E) Qanaxma
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
538) Sidik kisəsinin kateterizasiyasına əks göstəriş nədir?
A) Anuriya
B) Sistoskopiya
C) Oliquriya
D) Kəskin uretrit
E) Cərrahi əməliyata hazırlıq
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
539) Qanburaxmaya göstəriş nədir?
A) Hipertonik kriz
B) Sarılıq
C) Anemiyalar
D) Qanaxma
E) Travmatik şok
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
540) O2 terapiyasına əks göstəriş nədir?
A) Dəm qazı ilə zəhərlənmə
B) Kəskin tənəffüs çatmamazlığı
C) Endotraxeal anesteziya
D) Sərbəst tənəffüs
E) Döş qəfəsinin zədələnmələri
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
541) Mədənin yuyulmasına göstəriş nədir?
A) Qida borusunun stenozu
B) Mədə qanaxması
C) Həddən artıq ağır vəziyyət və hipotoniya
D) Udlağın stenozu
E) Bağırsağın parezi
Ədəbiyyat: Е.И. Часов. Неотложные состояния и экстренная медицинская помощь. «Медицина» Москва 1988
542) Vərəm törədicisini ilk dəfə hansı alim kəşf etmişdir ?
A) Kalmett
B) Pirke
C) Laennek
D) Vaksman
E) Koxx
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
543) Vərəm mikobakteriyaları orqanizmə əsas hansı yolla daxil olur?
A) Alimentar yol
B) Bətndaxili
C) Hava – damcı yolu
D) Hava – toz vasitəsilə
E) Kontakt yolu ilə
Ədəbiyyat: M.И.Перельман. В.А. Корякин. Фтизиатрия. «Медицина» Москва 1996
544) Bu dezinfeksiyaedici maddələrdən hansı vərəm mikobakteriyalarına məhvedici təsir etmir?
A) 5%-li formalın
B) 5%-li xloramin
C) 5%-li karbol turşusu
D) Xlorlu əhəng
E) Hidrogen peroksid
Ədəbiyyat: F.İ.İsmayılov. Vərəm “Maarif” Bakı 1987
Dostları ilə paylaş: |