Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu Pediatriya Üzrə Test Tapşırıqları


) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?



Yüklə 188,7 Kb.
səhifə7/19
tarix16.04.2020
ölçüsü188,7 Kb.
#30864
1   2   3   4   5   6   7   8   9   10   ...   19
tibb bacisi


359) Şəkərli diabet xəstəliyinin ağırlaşması nə ola bilər?

A) Diabetik qanqrena

B) Metabolik alkaloz

C) Hiperqlikemik koma

D) Metabolik asidoz

E) Hipertonik kriz


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
360) Hiperqlikemik koma zamanı xəstənin nəfəsində hansı iy hiss olunur?

A) Üfunət

B) Alkoqol iyi

C) Heç nə hiss olunmur

D) Ammonyak iyi

E) Aseton iyi


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
361) Hipoqlikemik koma zamanı xəstənin dərisi necə olur?

A) Nəm


B) Saralmış

C) Sianozlu

D) Hiperemiyalı

E) Quru
Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986


362) Hipoqlikemik koma zamanı xəstənin nəfəsində nə təyin olunur?

A) Aseton iyi

B) Üfunət iyi

C) Ammonyak iyi

D) Alkoqol

E) Heç nə hiss olunmur
Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989

363) Yataq yaralarının yaranmasının profilaktikası üçün ağır xəstələrin vəziyyətini neçə müddətdən bir dəyişmək lazımdır?

A) 2 saatdan bir

B) 3 saatdan bir

C) 1,5 saatdan bir

D) 2,5 saatdan bir

E) 1 saatdan bir


Ədəbiyyat: С.А. Мухина, И.И. Тарновская. Общий уход за больными. «Медицина» Москва 1989
364) Piylənmənin klinik simptomları hansılardır?

A) Təngnəfəslik, tez yorulma

B) Qıcqırma, zəiflik

C) Ödem, baş gicəllənmə

D) Sarılıq, baş ağrısı

E) Ürək bulanma,qıcqırma


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
365) Piylənmənin müalicəsi zamanı tibb bacısı xəstəyə nə məsləhət görür?

A) Aclıq


B) Yüngülləşdirici günlər

C) Gündə 2 dəfə qida qəbulu

D) Qida qəbulunu əvvəlki kimi saxlamaq

E) Gündə 1 dəfə qida qəbulu


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
366) Piylənmənin müalicəsi zamanı hansı preparatlar istifadə olunur?

A) Diuretiklər

B) İltihabəleyhi

C) Antimikrob

D) Anoreksigen

E) Hipotenziv


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
367) Iştahın olmaması nə adlanır?

A) Disfagiya

B) Polifagiya

C) Anoreksiya

D) Polidipsiya

E) Bulimiya


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004

368) Diffuz toksik zob xəstəliyi hansı xəstəliklər qrupuna aiddir?

A) Mədə-bağırsaq

B) Endokrinoloji

C) Nevroloji

D) Tənəffüs

E) Ürək-damar


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
369) Diffuz toksik zob xəstəliyinin əsas triadası hansıdır?

A) Zob, taxikardiya, oliquriya

B) Ekzoftalm, əsəbilik, yorğunluq

C) Ekzoftalm, hipertoniya, zob

D) Zob, taxikardiya, ekzoftalm

E) Zob, bradikardiya, ekzoftalm


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
370) Qidada yod çatmamazlığı zamanı hansı xəstəlik inkişaf edir?

A) Piylənmə

B) Şəkərli diabet

C) Endemik zob

D) Hipotireoz

E) Diffuz toksik zob


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
371) Endemik zobun profilaktikası üçün hansı məhsulları yodlaşdırırlar?

A) Süd məhsulları

B) Qənd, konfet

C) xörək duzu

D) Ət məhsulları

E) Bitki yağları


Ədəbiyyat: В.В. Потемкин, Эндокринология «Медицина» Москва 1986
372) Hipotireoz xəstəliyi zamanı hansı orqanın funksiyası pozulur?

A) Mədəaltı vəzin

B) Böyrəküstü vəzin

C) Qalxanabənzər ətraf vəzilərin

D) Hipofizin

E) Qalxanabənzər vəzin


Ədəbiyyat: И.И. Дедов, Г.А. Мельниченко. Эндокринология «Медицина» Москва 2004
373) Bu əlamətlərdən hansı normal və yüksək sekresiyalı xroniki qastrit üçün xarakterikdir?

A) Xeyloz

B) Eroziv qanaxmalar

C) Dizbakterioz

D) Allergik reaksiyalar

E) Turşuluğun azalması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
374) Bunlardan hansı mədə və 12 barmaq xorasının əsas etioloji faktoru hesab edilmir?

A) Helikobacter Pilori

B) Psixi emosional stress

C) Tütün çəkmə

D) Mədə şirəsinin yüksək proteolitik aktivliyi

E) Qeyri-müntəzəm qidalanma


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
375) Disfagiya hansı xəstəlikdə müşahidə edilir?

A) Qida borusunun xərçəngi

B) Ağciyər xərçəngi

C) Qırtlağın xərçəngi

D) Mədə xərçəngi

E) 12 barmaq bağırsaq xərçəngi


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvan nəşr”. Bakı 2004
376) Disfagiya nədir?

A) Udma və həzm funksiyasının pozulması

B) Motor funksiyasının pozulması

C) Udma aktının pozulması

D) Həzmetmə funksiyasının pozulması

E) Sekretor funksiyasının pozulması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
377) Mədə dispepsiyasına nə daxildir?

A) Epiqastral nahiyədə ağrı, göynəmə, turş gəyirmə, meteorizm, qəbizlik

B) Epiqastral nahiyədə ağrı, gəyirmə, hıcqırma, qarında köpmə, ishal

C) Epiqastral nahiyədə ağrı, hıçqırma, gəyirmə, meteorizm, ishal

D) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, qarında qurultu, qəbizlik

E) Epiqastral nəhiyədə ağrı, göynəmə, turş gəyirmə, ürək bulanma, qusma


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
378) Bağırsaq dispepsiyasına hansı simptomlar aiddir?

A) Qarında qurultu, ürəkbulanma, qusma

B) Qarında qurultu, meteorizm, ishal, qəbizlik

C) Göynəmə, turş gəyirmə, ürəkbulanma, qusma

D) Ürəkbulanma, qusma, meteorizm

E) Qarında ağrı, gəyirmə, qusma, qəbizlik


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
379) Anoreksiya hansı xəstəlik üçün xarakterik deyil?

A) Xroniki böyrək çatışmamazlığı

B) Mədə xərçəngi

C) Xroniki hiperasid qastrit

D) Xroniki pankreatit

E) Mədəaltı vəzi şişi


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
380) Qida borusu xərçənginin əsas simptomları hansılardır?

A) Döş sümüyü arxası təzyiqedici ağrı, disfagiya

B) Döş sümüyü arxası təzyiqedici ağrı, bulimiya

C) Döş sümüyü arxası təzyiqedici ağrı, kardiospazm

D) Döş sümüyü arxası təzyiqedici ağrı, hipersalivasiya

E) Döş sümüyü arxası təzyiqedici ağrı, requrqitasiya


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
381) Mədənin xərçəngönü xəstəliklərinə hansı aiddir?

A) Fleqmonoz qastrit

B) Korroziv qastrit

C) Sadə kəskin qastrit

D) Xroniki atrofik qastrit

E) Xroniki hiperasid qastrit


Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
382) 12 barmaq bağırsaq xorasının kəskinləşmə dövründə əsas hansı preparat işlədilir?

A) Omeprazol

B) Zülal hidrolizatları

C) Antasidlər

D) Solkoseril (inyeksiya)

E) Aloe, metilurasil
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
383) Bu xəstəliklərdən hansı üçün melena xarakterikdir?

A) Yoğun bağırsaq şişləri

B) Mədə və 12 barmaq bağırsaq xorası

C) Qeyri-spesifik xoralı kolit

D) Kron xəstəliyi

E) Qaraciyər sirrozu


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
384) Xroniki enterit üçün xarakterik deyil?

A) Enteral dispepsiya sindromu

B) Vitamin çatışmazlığı

C) Sorulma sindromunun pozulması

D) Nəcisdə selik və qanın olması

E) Nəcisdə selik və həzm olunmamış qida qalıqlarının olması


Ədəbiyyat: Н.И. Федюкович. Внутренние болезни. «Феникс» Ростов Н/Д 2000
385) Hansı hallarda xolesistoqrafiya əks göstərişdir?

A) Öd daşı xəstəliyi

B) Yoda qarşı həssaslıq olduqda

C) Xroniki xolesistit

D) Xroniki pankreatit

E) Xroniki qastrit


Ədəbiyyat: C.N. Hacıyev. Xəstələrə qulluq. “Təhsil”. Bakı 1998
386) Xolesistit nədir?

A) Öd kisəsinin diskineziyası

B) Öd daşı xəstəliyi

C) Öd kisəsinin iltihabı

D) Öd yollarının iltihabı

E) Öd durğunluğu


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
387) Xroniki xolesistitə hansı klinik əlamətlər aiddir?

A) Yağlı, qızardılmış qida qəbulundan sonra ürək bulanma, qusma

B) Yağlı, qızardırılmış qida qəbulundan sonra sağ qabırğaaltı nahiyədə küt üzücü ağrı

C) Yağlı, qızardılmış qida qəbulundan sonra ishal

D) Öd sancısı

E) Parenximatoz sarılıq


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
388) Xroniki xolesistit hansı ağırlaşmalara səbəb olur?

A) Xronik xolangit, hepatit

B) Kəskin xolesistit

C) Kəskin hepatit

D) Kəskin qastrit

E) Öd yollarının diskineziyası


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
389) Öd daşı xəstəliyi necə adlanır?

A) Xroniki xolesistit

B) Nefrolitiaz

C) Xolangit

D) Xolelitiaz

E) Kəskin xolesistit


Ədəbiyyat: И.Н. Броновеч, И.И.Гончарик. Справочник по гастроэнтерологии «Беларусь» 1998
390) Öd daşı xəstəliyinə bu amillərdən hansı səbəb olmaz?

A) Maddələr mübadiləsinin pozulması

B) Psixi emosional gərginlik

C) Öd durğunluğu

D) Ödün infeksiyalaşması

E) Hamiləlik, piylənmə


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
391) Öd sansıcı tutması zamanı hansı preparatların istifadəsi əks-göstərişdir?

A) Narkotiklər

B) Antibiotiklər

C) Spazmolitiklər

D) Xolinolitiklər

E) Öd qovucular


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
392) Xroniki pankreatitin inkişafına hansı faktor səbəb olmur?

A) Mədə və 12 barmaq bağırsaq xorası

B) Mədəaltı vəzi damarlarının aterosklerozu

C) Qaraciyər və öd yolları xəstəlikləri

D) Xroniki alkoqolizm

E) Psixi emosional gərginlik


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
393) Xroniki hepatitin inkişafına aşağıdakılardan hansı səbəb olmur?

A) Dərman preparatlarının toksiki təsiri

B) Malyariya

C) Parenximatoz sarılıq

D) Virus hepatiti

E) Alkoqolizm


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
394) Xroniki hepatitin klinik əlamətlərinə aşağıdakılardan hansı daxil deyil?

A) Əmək qabiliyyətinin azalması

B) Assit

C) Sarılıq, dəri qaşınması

D) “Qaraciyər ovucları” əlaməti

E) Dispeptik əlamətlər


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
395) Qaraciyər sirrozu əsas hansı xəstəliyin nəticəsi kimi əmələ gəlir?

A) Malyariya

B) C-viruslu hepatit

C) Qaraciyər exinokokku

D) Xronik xolangit

E) A-viruslu hepatit


Ədəbiyyat: Н.И. Федюкович. Внутренние болезни. «Феникс» Ростов Н/Д 2000
396) Qaraciyər sirrozu üçün aşağdıkılardan hansı əlamətlər xarakterik deyil?

A) Hormonal pozğunluqlar

B) Assit və portal hipertenziya

C) Qarın nahiyəsində göy-bənövşəyi ləkələr, nöqtəvari qansızmalar

D) Damar “ulduzcuqlar”, qaraciyər ovucu, parıltılı dodaq, dil

E) Qaraciyər və dalağın böyüməsi


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
397) Qaraciyər sirrozunda xəstənin ölümünə hansı ağırlaşma səbəb olur?

A) Qanın laxtalanma sisteminin pozulması

B) Sirrozun xərçəngə çevrilməsi

C) Qaraciyər venalarının trombozu

D) Qida borusu-mədə qanaxması

E) Aortanın anevrizması


Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər “Şirvannəşr”. Bakı 2004
398) Hansı aparatda dəri ilə elektrod arasında məsafə saxlanılır?

A) Diadinamoterapiya

B) Qalvanizasiya

C) Ultrasəs

D) Ultra yüksək tezlikli

E) Amplinulsterapiya


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
399) Hansı xəstəlikdə darsonvalizasiya göstəriş sayılır?

A) Düz bağırsağın sallanması

B) Aşağı ətraflarda və düz bağırsaqda varikoz genəlmə

C) Osteomielit

D) Trofiki yara

E) Qızıl yel iltihabı


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
400) Darsanval aparatının elektrodu necə adlanır?

A) Kondensator lövhəsi

B) Vakuum elektrod

C) İnduktor

D) Metal elektrod

E) Vibrator


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006

401) UYT ilə müalicə zamanı xəstə nə hiss edir?

A) Heçnə


B) Qarışqa gəzintisi

C) Vibrasiya

D) Sancma

E) Yüngül istilik


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
402) Ultrasəs müalicəsində maksimal müddət nə qədərdir?

A) 30 dəqiqə

B) 5 dəqiqə

C) 15 dəqiqə

D) 20 dəqiqə

E) 10 dəqiqə


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
403) Ultrasəs hansı vahidlə dozalanır?

A) vt\sm2

B) vt

C) w


D) ma

E) hs
Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006


404) Amplipulsterapiyada cərəyan tezliyi nə qədərdir?

A) 1000 hs-dən yuxarı

B) 200-500 hs

C) 1-10 hs

D) 10-150 hs

E) 500-1000 hs


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
405) Biodozimetr neçə dəlikdən ibarətdir?

A) 6


B) 12

C) 3


D) 5

E) 10
Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006


406) Ozokerit hansı hərarətdə əriyir?

A) 52 - 70°

B) 42 - 50°

C) 80 - 90°

D) 50 - 55°

E) 60 - 65°


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
407) Aşağı tezlikli dəyişən maqnit sahəsini almaq üçün hansı aparatdan istifadə olunur?

A) «Лор»-1

B) «Полюс»-1

C) «Поток»

D) «Искра»

E) «УВ4»-66


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
408) Massaj qaydalarına uyğun gəlməyən nədir?

A) Hava quru olmalıdır

B) İşıqlı olmalıdır

C) 1 çarpayı üçün 8m2 sahə ayrılmalıdır

D) Massaj otağının hərarəti +35° – 37° olmalıdır

E) Ventilyasiyalı olmalıdır


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
409) Massaj zamanı dəri qıcıqlanmasın deyə nədən istifadə etmək olmaz?

A) Sudan

B) Talk tozundan

C) Bitki yağından

D) Vazelindən

E) Uşaq tozundan


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
410) Hamiləlikdə MBT-yə əks göstəriş nədir?

A) Qarın əzələlərinin möhkəmlənməsi

B) Dölün başı yuxarıda olduqda

C) Uşaqlıqdan kənar hamiləlik

D) Nəbzin sayı artdıqda

E) Kiçik çanaqda durğunluqda


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
411) Darsonvalizasiya neçə dəqiqə verilə bilər?

A) 51 - 71

B) 11 – 31

C) 151- 201

D) 201 - 301

E) 51 – 151


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
412) Darsonvalizasiyada hansı halda elektroda steril vazelin sürtülür?

A) Burun selikli qişasında

B) Düz bağırsaq və uşaqlıq yoluna salındıqda

C) Ağız boşluğuna

D) Dəridə hərəkət etdirildikdə

E) Xarici qulaq keçəcəyinə təsir etdikdə


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
413) Elektroyuxu prosedurunun müddəti nə qədərdir?

A) 3 – 5 saat

B) 101 - 301

C) 51 - 151

D) 301 - 901

E) 1001 - 2001


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
414) UYT-də kondensator lövhəsi ilə dəri arasında nə qədər məsafə saxlanılmalıdır?

A) 20 – 30 sm

B) 10 – 20 sm

C) 1 – 6 sm

D) 0,5 – 1 sm

E) 5 – 15 sm


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
415) “Solyuks” lampası ilə müalicə zamanı dəri ilə lampa arasında nə qədər məsafə olmalıdır?

A) 5 – 10 sm

B) 1 – 1,5 m

C) 15 – 30 sm

D) 1 – 2 sm

E) 40 – 80 sm


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
416) Yerli UBŞ zamanı eyni sahə neçə dəfə şüalana bilər?

A) 1 dəfə

B) 2 dəfə

C) 3 – 4 dəfə

D) 10 dəfə

E) 5 – 6 dəfə


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
417) Diadinamo terapiyada hansı aparatdan isifadə olunur?

A) «Полюс»

B) «Поток»1

C) «Toнус»1

D) «Искра»

E) «Луч»
Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006


418) Bunlardan hansı parafinlə müalicəyə əks göstərişdir?

A) Xroniki qastrit

B) Mədə nə 12 b. b. yarası

C) Hamiləlik toksikozu

D) Xroniki kolit

E) Xroniki hepatoxolesistit


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
419) Müalicə palçığı hansı temperaturda tətbiq edilir?

A) 45° – 52°

B) 43° – 45°

C) 38° – 40°

D) 32° – 37°

E) 41° – 49°


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
420) Yerli su proseduru hansıdır?

A) Bürümə

B) Duş

C) Uzanıqlı vanna



D) Oturaq vanna

E) Bədəni silmə


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
421) Qaynar vannaları hansı halda tətbiq etmək olmaz?

A) Xroniki pnevmoniya

B) Yüksək hərarət

C) Kəskin respirator xəstəlik

D) Xroniki rinit

E) Xroniki bronxit


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
422) Radon vannasını hansı halda tətbiq etmək olmaz?

A) Psoriaz

B) Neyro dermit

C) Ekzema

D) Şüa xəstəliyi

E) Dermatit


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
423) Hansı zonanı intensiv massaj etmək olmaz?

A) Kürək nahiyəsini

B) Kürəklərarası nahiyə

C) Böyrək proyeksiyasını

D) Döş qəfəsini

E) Çiyin oynağını


Ədəbiyyat: И.В. Лукомский, И.С. Сикорская, В.С. Улащик. Физиотерапия, лечебная физкультура, массаж «Вышейшая школа». Минск 2006
Yüklə 188,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin