70) Follikulyar anginanın diaqnostikası məqsədilə nə etmək lazımdır?
Difteriya xəstəliyinin əsas simptomlarından biri follikulyar anginadır. Ona görə də uşaqda follikulyar angina diaqnozu qoyulubsa , mütləq badamcıqlardan yaxma götürülür. Difteriya xəstəliyini difteransasiya etmək üçün yaxmada Loffler çöplərinin olub- olmaması yoxlanılır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 529
71) Bağırsaq infeksiyası aşkar olunmuş ocaqda neçə gün karantin saxlanılır?
Bağırsaq infeksiyası ilə xəstələnmiş uşaqla təmasda olan uşaqlar 7 gün nəzarətə götürülür və bir dəfə bakterioloji müayinə aparılır. Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 568