110) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır? “Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili hospitalizasiya olunmalıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290) 111) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə saxlanılmalıdır? Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol məhlulunda saxlanılmalıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88) 112) Lizetol məhlulundan neçə gün istifadə etmək olar? Lizetol məhlulu müvafiq faizlə hazırlandıqdan sonra 7 gün istifadə üçün yararlıdır. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 88) 113) Metal alətləri sterilizasiyaya hazırlayarkən korroziya əleyhinə nədən istifadə edilir? Axar su altında alətlər yarım dəqiqə yuyulduqdan sonra 7 saata qədər dezinfeksiyaedici məhlulda saxlanılır. Korroziya əleyhinə 1% - li natrium benzoat məhlulundan istifadə edilir. Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 87)