100) Furunkul nədir? Furunkul tük follikulunun iltihabıdır kəskin cərrahi yerli infeksiyalara aid olub tük follikulunun iltihabıdır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 101) Fleqmonanın yumşalma mərhələsində hansı müalicə növündən istifadə olunur?
Fleqmonanın yumşalma stadiyasında irinin xaric olunması üçün geniş kəsik aparılır və drenaj qoyulur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 273) 102) Hidrodenit ən çox harada lokalizə olunur?
Hidrodenit tər vəzilərinin iltihabı olduğu üçün tər vəzilərinin ən çox yerləşdiyi qoltuqaltı nahiyədə daha çox rast gəlinir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 103) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən istifadə olunur?
Karbunkul zamanı irinli proses daha dərin və böyük olduğuna görə kəsik aparılarkən anesteziya məqdəsilə venadaxili narkozdan istifadə olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)