88) Trizm hansı xəstəliyə məxsusdur? Tetanus zamanı çeynəmə əzələlərinin qıcolması baş verir ki, bu əlamət trizm adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
89) İrinli yaraya drenaj boru nə üçün qoyulur?
İrinli yaraların sağalması üçün yara möhtəviyyatı xaric olunmalıdır ki, bu da drenaj borular vasitəsilə həyata keçirilir. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
90) “Eynək” simptomu nə zaman baş verir? Kəllə əsasının sümüklərinin sınığı zamanı göz çuxurlarına qansızma baş verir və bu (eynək şəklində) bu “eynək” simptomu adlanır. Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 170