83) Larinqotraxeitin ağırlaşması nədir? Larinqotraxeit - qırtlağın və nəfəs borusunun birgə iltihabıdır. Bu zaman qırtlağın selikli qişası və səs telləri şişir, qırtlaq daralır, tənəffüs çətinləşir - yalançı inaq əmələ gəlir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
84) Uşaqlarda burun - udlaq keçəcəyinin iltihabı necə adlanır? Nazofaringit burun - udlaq keçəcəyinin iltihabıdır. Uşaqlarda orqan və sistemlər müəyyən yaşa qədər funksional cəhətdən tam yetişmədiyinə görə bir orqan zədələndikdə, digəri də bu prosesə qoşulur. Məsələn: uşaqda burun boşluğunun iltihabına burun - udlaq keçəcəyi də qoşulur ki, nəticədə nazoofaringit əmələ gəlir. Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
85) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı ürək fəaliyyətini tənzimləmək üçün hansı istifadə olunur? Korqlükon ürək qlukozidlərindən biri oub ürək fəaliyyətini normallaşdırmaq üçün geniş tətbiq edilən preparatdır. Ən güclü kardiotonik təsirə malikdir. Ədəbiyyat: Ə. Tağıyev. Neonatalogiya. səh. 467