İnfiltrativ proses inkişaf etdikcə infiltrasiyanın mərkəzində yumşalma əmələ gəlir. Yumşalma nahiyyəsinə ehtiyatla əllə toxunduqda zəif dalğavari hərəkət əmələ gəlir ki, bu fluktasiya adlanır. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 105) Pandaktilit nəyin iltihabıdır? Pandaktilitbarmağın bütün toxumalarının iltihabıdır. Adətən paronixiyalardan sonra inkişaf edir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 260)
106) Paraproktit zamanı hansı yerli əlamət olur? Paraproktit anus ətrafı vəzilərin iltihabı xəstəliyidir. Anus ətrafında defekasiya zamanı güclənən ağrı ilə müşayiət olunur. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 285) 107) Donmaların hansı dərəcələri ambulator şəraitdə müalicə oluna bilər? I və II dərəcəlidonmalar yüngül donmalar sayıldığına görə və nekrotik proses inkişaf etmədiyinə görə ambulator şəraitdə müalicə oluna bilər. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 270)