147) Dəri xəstəliklərinin müalicə üsullarına aiddir. Bu üsul diatermiya aparatından alınan cərəyanla toxumanın yandırılmasına əsaslanır, dermatologiyada ziyillərin, papillomaların, teleangiektaziyaların müalicəsində işlədilir. Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 157) 148) Kəpəklənən (rəngbərəng) dəmrov üçün xarakterikdir. Kəpəklənən (rəngbərəng) dəmrov - keratomikozlar qrupundan olan göbələk xəstəliyidir. Törədiciləri Pityrosporum orbiculare keratomikozlar qrupuna aiddir , bunlar adətən dərinin səthi zədələnməsini (epidermis səviyyəsində) törədir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 106)