61) Uşaqlarda revmatik xoreya özünü hansı şəkildə biruzə verir?
Revmatik xoreya - Beynin revmatik zədələnməsi nəticəsində baş verir. Adətən
tədricən başlayır: ümumi vəziyyət pisləşir, uşaq ağlağan, əsəbi olur, yuxusu
pozulur. Xoreyanın əsas əlaməti olan hiperkinezlər baş verir: ayrı - ayrı əzələ
qruplarında qeyri - iradi hərəkətlər edir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр.
264
62) Revmatizmin ikincili profilaktikası hansı preparatla aparılır?
Revmatizmin ikincili profilaktikası residivlərin qarşısını almaq üçün aparılır. Bu
məqsədlə bisilin - 5 və asetil salisil turşusu təyin edilir və xəstə uşaq dispanser
qeydiyyata götürülür.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр.
267
Dostları ilə paylaş: |