97) Abses nədir?
Kəskin cərrahi infeksiyalar nəticəsində, çox vaxt inyeksiya zamanı sterilliyə əməl
etmədikdə toxumalarda məhdud nahiyyədə irinli iltihab yaranır ki, bu abses
adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 135
98) Hansı hallarda qanqrena əleyhinə zərdabdan istifadə olunur ?
Aşağı ətrafın çirklənmiş yaralanmalarında anaerob infeksiya təhlükəsi olduğuna
görə qanqrenanın profilaktikası məqsədilə qanqrena əleyhinə zərdab
vurulmalıdır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh.
99) Paranefral blokada üçün novokainin neçə % - li məhluldan istifadə
olunur?
Paranefral blokada zamanı çox miqdarda novakain istifadə olunduğu üçün
zəhərlənmə əmələ gəlməsin deyə yalnız novakainin 0, 25% - li məhlulundan
istifadə olunur.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
Dostları ilə paylaş: |