46) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası pisdir, tez
yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq
görünür, qaraciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şüphələnmək olar?
Uşaqda olan əlamətlər – dərinin saralması, qaraciyər böyüməsi, sidik və
nəcisdəki dəyişiklik virus hepatitinin əlamətləridir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр 188
47) Uşaq 3 aylıqdır. Hər gün uşaqda qaytarma və qusma olur. Uşaq ana
südü ilə qidalanır. Çəkisi 3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir
vəziyyətin yaranmasının səbəbi nədir?
Qusma və qaytarma uşağın 2 - 3 həftəliyindən baş verir. Uşaq yedizdirildikdən
sonra fəvvarə şəklində qusma baş verir. Belə hal təkrarlandıqda uşaq çəkisini
itirir. Hipotrofiya baş verir. Bu vəziyyət pilorostenoz adlanır. Müalicəsi cərrahi
üsulladır.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр 189
Dostları ilə paylaş: |