436) Yenidoğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
A) Apqar
B) Neçiporenko
C) Sinverman
D) Duboviç
E) Ortner
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
437) Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?
A) Sümük və sümüküstlüyü arasına qansızma
B) Dölyanı mayenin aspirasiyası
C) Bətndaxili infeksiya
D) Dölyanı mayenin toxumalara toplanması
E) Öndə gələn hissənin ödemi
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
438) Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?
A) Hipertermiya
B) Qıcolma
C) Hipotermiya
D) Sarılıq
E) Hemorragik sindrom
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
439) Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Həm anada həm də uşaqda Rh (-) qan olduqda
B) Anada Rh (-) və uşaqda Rh (+) qan olduqda
C) Anada Rh (+) və uşaqda Rh (-)qan olduqda
D) Həm anada həm də uşaqda Rh (+) qan olduqda
E) Anada anemiya olduqda
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
Dostları ilə paylaş: |