634) Yenidoğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?
A) 3-4-cü
B) 1-2-cü
C) 8-9-cu
D) 2-5-cü
E) 7-8-ci
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
635) Yenidoğulmuşlarda fizioloji eritema neçə gün davam edir?
A) 1-2
B) 7-8
C) 6-7
D) 5-6
E) 3-4
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37
636) Yenidoğulmuşlarda konyuqasion(fizioloji) sarılıq neçə gün ərzində itir?
A) 10-15
B) 4-5
C) 5-6
D) 8-10
E) 3-4
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40
637) Yenidoğulmuşun burun boşluğu nə ilə təmizlənir?
A) Steril bitki yağında isladılmış pambıq çöplə
B) Quru pambıq çöplə
C) Tənzif kürəciklərlə
D) Suda isladılmış çöplə
E) Pambıq kürəciklərlə
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
638) Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
A) Quru pambıq çöplər
B) Steril bitki yağında isladılmış pambıq çöplər
C) Suda isladılmış kürəciklər
D) Pambıq kürəciklər
E) Tənzif kürəciklər
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
639) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?
A) Bağırsaq peristaltikasını artırmaq
B) Burun selikli qişasının ödemini artırmaq
C) Bədən hərarətini azaltmaq
D) Burunun selikli qişasında ödemi azaltmaq
E) Qarında köpü azaltmaq
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
640) Uşaqda həzm sistemi orqanları xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?
A) İştahanın pozulması
B) Qarında köp
C) Yuxunun pozulması
D) Dispeptik əlamətlər
E) Qarında ağrı
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369
Dostları ilə paylaş: |