915) Ürəyin qapalı massajı zamanı xəstənin uzadıldığı yer necə olmalıdır?
A) Nahamar
B) Yumşaq
C) Sərt
D) Maili
E) Yaylı çarpyıda
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 121
916) Reanimasiya tədbirlərinin effektivlik əlaməti hansıdır?
A) Döş qəfəsində ekskursiyanın olmaması
B) Yuxu arteriyasında nəbz vurğusunun olması, bəbəklərin daralması və sərbəst tənəffüsün bərpası
C) Bəbəklərin genəlməsi
D) Periferik nəbzin olmaması
E) Rəngin avazıması
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
917) Klinik ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?
A) Ürəyin qapalı masajı aparılır
B) Ürəyin qapalı massajı aparılır, tənəffüs yollarının keçiriciliyi bərpa olunur, süni tənəffüs verilir
C) Naşatır spirti iylədilir
D) Ağciyərlər süni tənəffüs aparatına qoşulur
E) Qanəvəzedici köçürülür
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 125
918) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
A) 2 əlin barmaqları ilə
B) Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla
C) Təkcə sağ əllə
D) Sol əlin bütün ovuc səthi ilə
E) Əlin 3 barmağı ilə
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
919) Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
A) İti uclu iynələrdən istifadə olunur
B) Kiçik diametrli iynələrdən istifadə olunur
C) Sistem və iynə steril olur
D) Maye köçürüləcək damarlar dəyişdirilir
E) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
Dostları ilə paylaş: |