759) Yenidoğulmuşlara süni tənəffüsü necə aparmaq məqsədə uyğundur?
A) Ağızdan ağıza
B) Ağızdan buruna
C) Endotraxeal intubasiya üsulu ilə
D) Aparılmır
E) Narkoz aparatının maskası ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
760) Kliniki ölüm vəziyyətindən çıxarılmaq üçün əsas tədbirlər hansıdır?
A) Qanəvəzedici köçürmək
B) Ürəyin qapalı massajı
C) Naşatır spirti iyləmək
D) Ağciyəri süni tənəffüs aparatına qoşmaq
E) Eyni vaxtda ürəyin qapalı massajı aparılır və süni tənəffüs verilir
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
761) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq əlin hansı hissəsi ilə aparılır?
A) 2 barmaq ilə
B) 1 barmaq ilə
C) Ovucun proksimal hissəsi ilə
D) 3 barmaq ilə
E) Bütün ovuc səthi ilə
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983.
Dostları ilə paylaş: |