1137) Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır? A) Əhalini şəhər ətrafı ərazilərə köçürülməsi
B) Tibbi ləvazimatlardan istifadə edilməsi
C) Əhaliyə xəbərdarlıq edilməsi
D) Əhalinin həmin ərazidən çıxarılması və sığınacaqlarda yerlşdirilməsi
E) Tibbi yardımın göstərilməsi və müalicəsinin aparılması
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1138) Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir? A) Periferiyadan mərkəzə doğru sıxıcı sarğının qoyulmaı və ağrıkəsicilərin yeridilməsi
B) Oksigen inqalyasiyası
C) Standart şinalarla immobilizasiyanın aparılması
D) Antihistamin və antibakterial terapiyanın aparılması
E) Nəqliyyat şinasından istifadə etmək
Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1139) Zədələnmə anından ilk həkim yardımı hansı optimal müddətdə aparılır? A) 10 saata qədər
B) 3-4 saat müddətində
C) İlk sutka ərzində
D) İlk dəqiqələrdə
E) 30 dəqiqə müddətində
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1140) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ yardım göstərilir? A) Həkiməqədər yardım
B) Xüsusiləşdirilmiş yardım
C) Təkmilləşmiş həkim yardımı
D) İlk həkim yardımı
E) İlk tibbi yardım
Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008
1141) Respublika Fövqəladə Hallar Nazirliyi nəzdində tibb xidməti nə vaxt yaradılmışdır? A) 2005-ci ildə
B) 1997-ci ildə
C) 2001-ci ildə
D) 2004-cü ildə
E) 1994-cü ildə
Ədəbiyyat: В.М.Рябочкина, Г.И.Назаренко. Москва «ИНИ Лтд»
1142) Sudaboğulma zamanı xəsarət almış şəxsə göstərilən ilk tibbi yardım hansıdır? A) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək
B) Ürəyin qapalı massajı
C) Ağciyərlərin süni ventilyasiyası
D) Dərman müalicəsi
E) Bədənin isidilməsi
Ədəbiyyat: Aqil Musayev “Mülki müdafiə tibbi xidmətinin təşkili”. Bakı 2008