180) Vegetativ sinir sisteminin pozğunluğu raxitin hansı dövründə əmələ gəlir? A) Kəskin dövrdə
B) Sağalma dövründə
C) Vegetativ sinir sistemi pozğunluğu olmur
D) Qalıq əlamətləri dövründə
E) Başlanğıc dövrdə
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
181) “Raxit bilərzikləri”, “toyuq döş qəfəsi”, “kraniotabes” raxit xəstəliyinin hansı dövründə əmələ gəlir? A) Bütün dövrlərdə
B) Sağalma dövründə
C) Qalıq əlamətləri dövründə
D) Çiçəklənmə dövründə
E) Başlanğıc dövrdə
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
182) Patoloji kifoz, lordoz və skalioz uşaq skletinin hansı hissəsinin patologiyasıdır? A) Fəqərə sütununun bel hissəsinin
B) Fəqərə sütununun boyun hissəsinin
C) Çanaq sümüklərinin
D) Fəqərə sütununun döş hissəsinin
E) Yuxarı ətrafların
183) Raxit xəstəliyi zamanı əzələ hipotoniyası xəstəliyin hansı dövründə müşahidə edilir? A) Qalıq əlamətləri dövründə
B) Sağalma dövründə
C) Başlanğıc dövründə
D) Kəskin dövründə
E) Raxit xəstəliyində əzələlərdə hipotaniya olmur
185) Qeyri spesifik profilaktikaya nə aiddir? A) Duz vannaları
B) Təbii qidalanma, düzgün qulluq, massaj, tənzimləyici qidalardan düzgün istifadə etmək
C) B qrupu və C vitamini
D) Vitamin D preparatları
E) Ferment təyin etmək