191) Spazmofiliyanın gizli formasını hansı simptomlarla təyin etmək olar?
A) Xvostek, Trusso, Lüst simptomları ilə
B) Brudzinski simptomu ilə
C) Kerniq simptomu ilə
D) Filatov-Belski-Koplik simptomu ilə
E) Kraniotabes simptomu ilə
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
192) Aşağıdakı cavablardan hansı spazmofiliyanın aşkar növünün klinik formasıdır?
A) Xroniki forma
B) Larinqospazm, karpopedal spazm, eklampsiya
C) Kəskin forma
D) Tez-tez residiv verən forma
E) Uzun sürən forma
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
193) Spazmofiliyanın hansı klinik formasında uşaqda qəflətən qırtlaqda spazm olur?
A) Larinqospazm formasında
B) Hamısında
C) Karpopedal spazm formasında
D) Gizli formada
E) Eklampsiya formasında
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
194) Karpopedal spazm formasında qıcolma uşağın hansı əzələlərində olur?
A) Əl barmaqları və pəncə əzələlərində
B) Bütün əzələlərdə
C) Aşağı ətraf əzələlərində
D) Üzün mimiki əzələlərində
E) Qarın əzələlərində
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
195) Spazmofiliyanın eklampsiya formasında hansı əlamətlər olur?
A) Bədənin bütün əzələlərində tonik , klonik qıcolmalar olur
B) Üzün mimiki əzələlərində qıcolma olur
C) Yuxarı ətraf əzələlərində qıcolma olur
D) Qırtlaq əzələlərində qıcolma olur
E) Aşağı ətraf əzələlərində qıcolma olur
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
Dostları ilə paylaş: |