171) Sadə qarışıqlar necə hazırlanır?
A) Qatıq və südün qarışığından
B) Mannı yarması su ilə
C) Düyü həlimi və qatıqla, düyü həlimi və südlə
D) Kəsmik düyü həlimi ilə
E) Tərəvəz həlimi və düyü həliminin qarışığından
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
172) 1-5 yaşda olan uşaqların gündəlik qidalanma rejimi necə olur?
A) Günün birinci yarısı sıyıqlar, ikinci yarısı paxlalı qidalar
B) Günün birinci yarısı ət, balıq, paxlalı qidalar, axşam kəsmik, tərəvəz və sıyıqlar
C) Günün birinci yarısı tərəvəz püresi, günün ikinci yarısı balıqdan hazırlanmış qidalar
D) Qidalanma rejiminin əhəmiyyəti yoxdur
E) Günün birinci yarısı kəsmik, ikinci yarısı ətdən hazırlanmış qidalar
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
173) Böyük yaşlı uşaqların gün ərzində qidalanma faizi necə bölünür?
A) 20- 25% səhər yeməyi, 30-35% nahar, 20% axşam, 20-25% şam yeməyi
B) 35-40% səhər, 25% nahar, 20-25% axşam, 10% şam yeməyi
C) 10% səhər yeməyi, 20-25% nahar, 25% axşam, 35-40% şam yeməyi
D) Qidanın faizlə bölünməsinə ehtiyac yoxdur
E) 20-25% səhər yeməyi, 10% nahar, 25% axşam, 35-40% şam yeməyi
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
174) Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir və ölçüsü normada nə qədər olmalıdır?
A) Yeni doğulmuşlarda normada böyük əmgək bağlanmış olur
B) Ənsə və təpə sümükləri arasında, ölçüsü 3,5x3,5 sm
C) Təpə və alın sümükləri arasında, ölçüsü 2,0x2,5 sm
D) Alın və ənsə sümükləri arasında 4,5x4,0 sm
E) Təpə sümükləri arasında, ölçüsü 1,5x1,0 sm
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |