154) Eksudativ kataral diatezli uşaq necə qidalanır?
A) Süddə hazırlanmış yarma sıyıqları verilir
B) Meyvə və tərəvəz əzmələri verilir
C) Ət bulyonu, qoyun əti verilir
D) Şəkər-ksilit və ya sorbitlə əvəz edilir, heyvani yağ-bitki yağı ilə əvəz edilir, xörək duzu azaldılır, ana südü və kalium duzları ilə zəngin qidalar verilir
E) Balıqdan hazırlanmış qidalar verilir
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
155) Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlardan istifadə edilir?
A) Klaritin, tavegil, suprastin, enteresorbentlər, vitamin A,E,B6,B15
B) Kalsi, fosfor tərkibli dərmanlar daxilə təyin edilir
C) Antibiotiklər daxilə və məlhəmləri dəriyə təyin edilir
D) Ürək dərmanları təyin edilir
E) Hormonal məlhəmlər uzun müddət təyin edilir
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
156) Eksudativ-kataral diatezli uşaqların dərisindəki iltihablar neçə müalicə edilir?
A) Hormonal məlhəmlər təyin edilir
B) Antiseptik otlarla vannalar, 1-2% rezorsin, rivanollda islatma naftalan, lanolin, sinkoksid məlhəmləri və itburnu, çay tikanı yağı təyin edilir
C) Dəriyə yod sürtülür
D) Antibiotik tərkibli məlhəmlər çəkilir
E) Briliant yaşılı sürtülür
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. “Maarif”, Bakı, 2000
157) Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 3 saat sonra
B) Doğulduqdan 12 saat sonra
C) Doğulduqdan sonra 30 dəqiqə ərzində
D) Doğulduqdan 1 saat sonra
E) Doğulduqdan 6 saat sonra
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
158) Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü hansıdır?
A) Onun tərkibində zülal azdır
B) Onun tərkibində yağlar azdır
C) Onun tərkibində fermentlər çoxdur
D) Onun tərkibində karbohidrat azdır
E) Onun tərkibində immunoqlobulinlərin miqdarı yetişmiş südə nisbətən çoxdur
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |