159) Döşlə əmizdirilən uşaq nə qədər müddətə döş əmməlidir?
A) 10-15 dəqiqə
B) 50 dəqiqə
C) 5 dəqiqə
D) 40 dəqiqə
E) 20-30 dəqiqə
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
160) Südəmər uşaq təbii bəslənərkən necə qidalanır?
A) Uşaq tələbatına görə, sərbəst qidalanır
B) 4 saatdan bir
C) 3 saatdan bir
D) 6 saatdan bir
E) 2 saatdan bir
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
161) Ana südünün uşağın hansı yaşına qədər verilməsi məsləhətdir?
A) 9 ayadək
B) 6 ayadək
C) 1,5-2 yaşadək
D) 3 ayadək
E) 12 ayadək
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
162) Südəmər uşaq döşlə əmizdirdikdən sonra qusursa nə etməli?
A) Döşlə əmizdirmə dayandırılır
B) Əmizdirdikdən sonra su verilir
C) Dərmanlar təyin edilir
D) Əmizdirmədən sonra vertikal vəziyyətdə tutub və sonra yanı üstə uzandırmaq lazımdır
E) Süni qidalar verilir
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
163) 6 ayadək sağlam uşağın qidalanması üçün ən effektli üsul hansıdır?
A) Təbii qidalanma
B) Sadə qarışıqlar
C) Qarışıq qidalanma
D) Süni qidalanma
E) Südsüz qidalar
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
164) Ana südü ilə qidalanmağa uşaq tərəfindən tam əks göstəriş hansıdır?
A) Uşaqda anadan gəlmə ürək qüsuru
B) Pilorospazm
C) Pnevmopatiya
D) Mərkəzi sinir sisteminin zədələnmələri
E) Qalaktomiya, fenilketonuriya
Ədəbiyyat: Н.Соколова, В.Тульчинская. Педиатрия с детскими инфекциями. «Феникс», Ростов-на-Дону, 2002
Dostları ilə paylaş: |