376) Disfagiya nədir?
A) Udma və həzm funksiyasının pozulması
B) Motor funksiyasının pozulması
C) Udma aktının pozulması
D) Həzmetmə funksiyasının pozulması
E) Sekretor funksiyasının pozulması
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər, “Şirvannəşr”. Bakı 2004
377) Mədə dispepsiyasına nə daxildir?
A) Epiqastral nahiyədə ağrı, göynəmə, turş gəyirmə, meteorizm, qəbizlik
B) Epiqastral nahiyədə ağrı, gəyirmə, hıcqırma, qarında köpmə, ishal
C) Epiqastral nahiyədə ağrı, hıçqırma, gəyirmə, meteorizm, ishal
D) Epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, qarında qurultu, qəbizlik
E) Epiqastral nəhiyədə ağrı, göynəmə, turş gəyirmə, ürək bulanma, qusma
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
378) Bağırsaq dispepsiyasına hansı simptomlar aiddir?
A) Qarında qurultu, ürəkbulanma, qusma
B) Qarında qurultu, meteorizm, ishal, qəbizlik
C) Göynəmə, turş gəyirmə, ürəkbulanma, qusma
D) Ürəkbulanma, qusma, meteorizm
E) Qarında ağrı, gəyirmə, qusma, qəbizlik
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
379) Anoreksiya hansı xəstəlik üçün xarakterik deyil?
A) Xroniki böyrək çatışmamazlığı
B) Mədə xərçəngi
C) Xroniki hiperasid qastrit
D) Xroniki pankreatit
E) Mədəaltı vəzi şişi
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
380) Qida borusu xərçənginin əsas simptomları hansılardır?
A) Döş sümüyü arxası təzyiqedici ağrı, disfagiya
B) Döş sümüyü arxası təzyiqedici ağrı, bulimiya
C) Döş sümüyü arxası təzyiqedici ağrı, kardiospazm
D) Döş sümüyü arxası təzyiqedici ağrı, hipersalivasiya
E) Döş sümüyü arxası təzyiqedici ağrı, requrqitasiya
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
Dostları ilə paylaş: |