Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 11,62 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix26.12.2016
ölçüsü11,62 Mb.
#3520
1   2   3   4   5   6   7   8   9   ...   33
QABİL

uAprelin 10-da Azərbaycan Tibb Universitetində 



“Dayaq-hərəkət  sistemi  xəstəliklərinin  cərrahi 

və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda 

beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransın  açılış  mərasimin də  Azərbaycan 

Tibb  Universitetinin  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  çıxış  edərək  konfransın  mövzu-

su  və  əhəmiyyəti  haqqında  tədbir  iştirakçılarına 

məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər 

olsun, istər digər xəstəliklərin müalicəsində daha 

uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə 

aparılan bərpa müalicəsinin böyük önəmi var”.

Rektor 


ölkəmizdə 

reabilitasiya, 

yəni 

bərpa  müalicəsi  sahəsində  yüksək  ixtisaslı 



mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd et-

mişdir.  Ə.Əmiraslanovun  sözlərinə  görə,  məhz 

bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə 

mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə 

artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Ro-

matem” şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb: 

“Bu  qurumun  rəhbəri  Köksal  bəy  Holoğlu  yalnız 

Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir 

insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla 

klinika  var.  Odur  ki,  onların  köməyindən  istifadə 

edərək  mütəxəssislərimizin  fikir  mübadiləsi  apar-

masına  imkan  yaratmaq  məqsədilə  belə  bir 

konfransın keçirilməsinə qərar verdik”.

Konfransda  türkiyəli  mütəxəssis,  ROMATEM 

Fizioterapiya  və  Reabilitasiya  Xəstəxanasının 

İdarə  Heyətinin  müdiri,  Uz.Dr.Köksal  Holoğ-

lu  “Fizioterapiya  və  reabilitasiya  sahəsində 

gündəlik problemlər” mövzusunda çıxış edib. O, 

belə bir görüşün təşkili üçün ATU-nun rektoru 

Əhliman  Əmiraslanova  və  digər  həmkarlarına 

təşəkkürünü bildirdi.

Daha sonra professor Sabir Etibarlının sədrliyi 

ilə  sessiyalar  işə  başlayıb.  Tədbirdə  Prof.Dr. 

Azadlıq Yılmaz “Onurğa problemləri və müasir 

müalicə üsulları: Onurğa xəstəlikləri, ortopedi-

ya  və  protez  tətbiqləri  və  skaliozun  konserva-

tiv  müalicəsi  haqqında  məlumatla  çıxış  edib.  Dr. 

Cəmil İsgəndərov isə “Boyun fəqərəarası disk yır-

tıqlarının cərrahi və konservativ müalicəsi” mövzu-

sunda müasir tendensiyalardan söz açıblar.

Konfransın 

fasilədən 

sonrakı 

hissəsində 

azərbaycanlı  və  türkiyəli  professorlar  “Beyin  və 

ömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”, 

“Artroplastik  cərrahi  və  reabilitasiya  müalicəsi”, 

“Ortopedik  reabilitasiya  prinsipləri”,  “Miofassial 

diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi möv-

zulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçı-

ların suallarının ekspertlər tərəfindən cavablandı-

rılması ilə yekunlaşıb.




Yüklə 11,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin