Tibb Universitetində beynəlxalq
elmi konfrans keçirilib
Əhliman Əmirasanov: “Bərpa müalicəsi yetərincə vacib sahədir”
A
lmaniyanın Şarite Universitet Kli-
nikasının Sümük-əzələ Cərrahlığı
Mərkəzinin direktoru, professor
Karsten Perka Azərbaycan Tibb Universi-
tetinin qonağı olub.
Universitetin Tədris Cərrahiyyə Klinikasında
baş tutan görüş zamanı rektor, akademik Əhliman
Əmiraslanov qeyd etdi ki, professor Perka, Al-
maniyanın Ortopediya və Travmatologiya sahəsi
üzrə tanınmış mütəxəssisidir: “Professor Perka-
nın ortopediyada əsas maraq sahəsi böyüklərdə
bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oy-
naqları üzərində aparılan rekonstruktiv prose-
durlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir
mütəxəssisdir. Professor bir sıra xəstələr üzərində
mürəkkəb cərrahiyyə əməliyyatlarını uğurla
həyata keçirib”.
Əhliman Əmiraslanov ATU-nun Berlinin Şarite
Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr
haqqında sazişlərin olduğunu vurğuladı: “Bizim
Şarite Klinikası ilə bir çox sahədə əməkdaşlıq
haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin
klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq
klinikanın ortopediya və travmatologiya bölməsi
ilə də belə bir əlaqələr qurmaq üçün imkan ya-
ranıb. Bu gün belə qərara gəlmişik ki, ATU-nun
gənc mütəxəssislərini, xüsusilə də rezidentləri
3-6 ay müddətinə Şarite Klinikasında praktikaya
göndərək”.
Sonra Əhliman Əmiraslanov ATU-nun Elmi
Şurasının qərarına əsasən professor Karsten Per-
kanın “Tibb Universitetinin fəxri qonağı” yüksək
adına layiq görüldüyünü elan etdi. Rektor qona-
ğa “Fəxri qonaq”diplomunu və xatirə hədiyyəsini
təqdim etdi.
Görüş zamanı professor Karsten Perka ATU
haqqında öz təəssüratlarını bölüşüb. O, Tibb Uni-
versitetinin nəzdindəki Klinikaların işi ilə tanış
olduğunu, bu müəssisələrin yüksək səviyyəli tibbi
xidmət göstərdiyini bildirib.
Daha sonra professor K.Perka sümük-əzələ
cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud
və diz oynaqlarının total artroplastikasına həsr
olunmuş elmi araşdırmalarının nəticələrindən
danışıb. Professor öz araşdırmalarında istifadə
olunan yeni cərrahi texnikalar, prosedur və ya-
naşmaların klinik praktikada tətbiqindən də söz
açıb. Sonda professor görüş iştirakçılarının və
rezidentlərin suallarını cavablandırıb.
Qeyd edək ki, professor Karsten Perka Berlində
yerləşən Şarite Universitet Klinikasının Sümük-
əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin
mərkəzin Ortopediya kafedrasının müdiridir. O,
həmçinin Şimali Almaniya Ortopedik Assosia-
siyasının Baş Katibi və Almaniya Artroplasti-
ka Cəmiyyətinin növbəti müddət üçün seçilmiş
Prezidentidir.
Dostları ilə paylaş: |