dərc
olunmuş
məqalədə yazılır ki, yayda doğulan qızların
yaşa dolanda sağlam qalmaları üçün
maksimal şansları var. Bu, çox güman ki,
hamiləliyin ikinci trimestrində olan ananın
orqanizmində D vitamininin səviyyəsinin
artması ilə bağlıdır.
Böyük Britaniyanın Kembric univer sitetindən
Con Perri deyib: “Biz bu hadisənin nə ilə bağlı
olduğunu hələ bilmirik. Biz bu mexanizmləri
açmalıyıq ki, onun nəticələrindən insanların
sağlamlığının yaxşılaşması üçün istifadə edə
bilək. Ola bilsin ki, burada D vitamininin rolu
var və biz hamını bu vitaminin cinsi yetkinliyin
erkən yaranmasına və uşaqların sağlamlığı-
na təsirini öyrənməyə çağırırıq”.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla
xəbər verir ki, Perri və onun həmkarları belə
bir nəticəyə gəliblər. Onlar 450 min britani-
yalı kişi və qadının iştirak etdiyi UK Biobank
layihəsində doğum tarixini və insanın sağ-
lamlığına aid müxtəlif göstəriciləri müqayisə
ediblər.
Britaniyalı tibb işçiləri bu təşəbbüs
çərçivəsində genetik faktorların, pəhrizin, zi-
yanlı vərdişlərin və həyat tərzinin orqanizmin
müxtəlif xəstəliklərə meyilli olmasına necə
təsir göstərdiyini açmağa cəhd ediblər.
Orta hesabla, iyun, iyul və avqustda do-
ğulan insanlar yaşıdlarından bir neçə qram
ağır və bir qədər hündürdürlər. Zərif cinsin
nümayəndələri isə həm də daha gec böyüyür.
Alimlər izah edirlər ki, bu, böyük yaşlarında
və ömrün yaşlı çağında möhkəm sağlamlıq
ilə assosiasiya olunur.
Azərbaycanda Dünya Səhiyyə
Təşkilatının metodikası tətbiq olunur
Plastik qablarda saxlanılan
ərzaq məhsulları insan
orqanizmi üçün təhlükəlidir
Körpənin sağlamlığı onun
doğulduğu ayla müəyyən edilir
A
zərbaycan Tibb
Uni ver sitetinin
mik ro bi ologiya
və immunologiya ka-
fed ra sının
dosenti,
tibb
üzrə
fəlsəfə
doktoru Vidadi Əvəz
oğlu Nərimanovun 60
yaşı tamam olur. O,
1955-ci il oktyabrın 12-
də Zəngilan rayonunda
qulluqçu
ailəsində
anadan olmuşdur.
Orta məktəbi bitirdikdən
sonra 1977-cı ildə Azər-
baycan Tibb İnstitutunun
sanitariya-gigiyena (hazirkı
tibbi-profilaktika) fakültəsinə
daxil olmuş, 1983-cü ildə
buranı fərqlənmə ilə bitir-
mişdir. İnstitutda oxuduğu
müddətdə ictimai işlərdə fəal
iştirak edən V.Nərimanov
fakültə komsomol təşkilatı-
nın katibi vəzifəsində çalış-
mış, bu illərdə tələbə inşaat
dəstələrinə komissar və ko-
mandir kimi rəhbərlik etmiş-
dir.
İnstitutu bitirdikdən sonra
1984-1986-ci illərdə Əli-
Bayramli (Şirvan) şəhərində
həkim kimi çalışmışdır. 1986-
1989-cu illərdə Azərbaycan
Tibb İnstitutunun əyani as-
piranturasında mikrobiologi-
ya ixtisası üzrə təhsil almış,
1989-cu ildə həmin kafedra-
ya asisstent vəzifəsinə se-
çilmişdir. Bu ildən müəllimlik
fəaliyyətinə
başlayan
V.Nərimanov 1992-ci ildə
mikrobiologiya ixtisası üzrə
namizədlik
dissertasiyası
müdafiə etmişdir. 1993-cü
ildə baş müəllim, 2007-ci
ildə isə dosent vəzifəsinə
seçilmişdir. Bu illər ərzində
təkcə kafedranın deyil, bütün
Universitetin
əməkdaşları
və tələbələri arasında dərin
hörmət qazanmışdır.
30 ilə yaxın elmi-peda-
qoji fəaliyyəti müddətində
çoxsaylı dərslik, metodik
vəsait, elmi məqalə, müəl-
liflik
şəhadətnaməsi
və
səmərələşdirici
təkliflərin
müəllifidir. Peşəkar müəl-
limik fəaliyyəti ilə bərabər,
elmi fəaliyyətini də müvəf-
fəqiyyətlə davam etdirən
dosent V.Nərimanov hazır-
da doktorluq dissertasiyası
üzərində çalışır. O, ATU-da
təşkil olunmuş Dissertasiya
Şураsının nəz dindəki Apro-
basiya Şураsının elmi kati-
bidir. Azərbaycan Tibbi Mik-
robioloqlar və İmmunoloqlar
Cəmiyyətinin yaradılması-
nın təşəbbüskarlarından və
təşkilatçılarından biri, hazır-
da isə onun elmi katibidir.
Dosent V.Nərimanov ATU-
nun mikrobiologiya kafedra-
sının nəzdində elmi, tədris
və diaqnostika sahəsində
fəaliyyət göstərən Klinik
mikrobioloji laboratoriyanın
təşkilatçılarından biri olmuş,
hazırda isə orada praktiki
həkim kimi çalışır.
Vidadi müəllim yüksək ixti-
saslı, təcrübəli pedaqoq ol-
maqla yanaşı həm də gözəl
ailə başçısı, 2 övlad atası-
dır. Atasının yolunu davam
etdirən qızı Gülzar xanım
hazırda bioloji kimya kafed-
rasının müəllimidir.
Dosent V.Nərimanov təc-
rübəli pedaqoq kimi yüksək
ixtisaslı tibb kadrlarının və
həkim mütəxəssislərin ha-
zırlanması işində bu ğün də
əzmlə çalışır.
Kafedranın kollektivi do-
sent Vidadi Nərimanovu 60
illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona
möhkəm can sağlığı və
gələcək fəaliyyətində uğur-
lar arzu edir.
ATU mikrobiologiya və
immunologiya
kafedrasının əməkdaşları
Təcrübəli və qayğıkeş
müəllim
15 oktyabr 2015-ci il
http://www.amu.edu.az
7
Qaragilənin qeyri-adi müalicəvi xüsusiyyətləri çoxdan
məlumdur. Qaragilənin bütün faydalı xüsusiyyətləri
onun şirəsindədir.
Uşaq düzgün qidalanmalı, doyunca yatmalı və
müntəzəm qaragilə şirəsi içməlidir. Qaragilə tərkibli
içkilər qəbul edən uşaqlar yeni informasiyanı daha
yaxşı yadda saxlayırlar. AZƏRTAC “The Daily Mail”
nəşrinə istinadla xəbər verir ki, 1,5 stəkan qaragilə
şirəsi uşağın sinir sisteminə əla təsir göstərir.
Tədqiqatçıların fikrincə, bunun sirri qaragilənin
flavonoid birləşmələri ilə zəngin olmasındadır. Bu
maddələr baş beyində qan dövranını sürətləndirir,
habelə neyronlararası informasiya ötürülməsi prose-
sini fəallaşdırır. Qeyd edək ki, flavonoid birləşmələri
təkcə qaragilənin deyil, digər meyvə və tərəvəzlərin
də tərkibində var.
S
tresə qalib gələ bilmirsiniz? Elə isə
bu qidalardan başlayın:
1. Fındıq yeyin: Maqneziumla zəngin
olan fındıq kortizol səviyyəsini aşağı sal-
mağa kömək edir. Ancaq kalorisi yüksək
olduğu üçün çox yemək məsləhət deyil
(Məsələn gündə on ədəd) .
2. Şəkər yeyin: şəkər stres hormonu
olan kortizol səviyyəsini aşağa salır.
Belə ki, dilinizin üzərinə qoyacağınız
bir qədər şəkər özünüzü yaxşı hiss etmək
üçün kifayətdir.
3. Keks yeyin: (meyvəli də ola bilər)
karbohidratla zəngin olan qidalar sero-
tonin səviyyəsini yüksəldir. Bu isə özü-
müzü yaxşı hiss etməmizə səbəb olur.
4.Qızılbalıq yeyin: qızılbalığın
tərkibində olan omega-3 yağ turşuları
beyin hüceyrələrinin fəaliyyətini ni-
zamlayır. Bu isə stresə qarşı daha asan
mübarizə aparımağımıza imkan yaradır.
5. Qara şokolad yeyin: ən yaxşı endor-
fin mənbəyi olan şokoladda 300-dən
çox müxtəlif komponent var. Mümkün
qədər kakosu 70 fazi və daha çox olan
qara şokoladlara üstünlük verin.
6. Süd için: tərkibində triptofan olan
süd tədricən stresi neytrallaşdıran
serotoninə çevrilir. Digər tərəfdən,
südün tərkibində olan kalsium, maq-
nezium və kalium qan təzyiqinin aşağı
səviyyədə qalmasına kömək edir.
7. Kakao için (təbii ki, isti olmaq
şərtilə): isti içkilər orqanizmin tempera-
turunu artırır. Bu da, özümüzü yaxşı hiss
etməmizə kömək edir.
8. Qara çay için: London
universitetində aparılan tədqiqatlar
6 həftə ərzində hər gün 4 dəfə qara
çay içdikdə stres hormonu kortizol
səviyyəsinin aşağı düşdüyü göstərilir.
9. Yaşıl çay için: yaşıl çayda olan tanin
adlı amin turşusu alfa beyin dalğalarının
fəaliyyətini artırır. Bu da özümüzü yaxşı
hiss etməmizə kömək edir.
10.Soyuq su için: Su qanın hərəkətini
təmin edir.
B
əzi bitkilər ağciyərlərin təmizlən mə-
sinə, güclənməsinə və daha rahat
nəfəs ala bilməyimiz üçün köməkçi
ola bilər. Ağciyərə yaxşı gələn
bitkilər bunlardır.
Biyan kökü səhiyyədə ən çox istifadə
edilən bitkilərdən biridir. Xüsusilə
ənənəvi Çin təbabətində geniş bir
yeri vardır. Ağciyərləri təmizləməyə
və sinəni yumşaltmağa kömək edir.
Bəlğəm qovucudur, öskürəyi kəsər və
nəfəs darlığına faydalıdır.
Biyan kökü çayını sağlam in-
sanlar gündə üç stəkana qədər içə
bilərlər. Ancaq biyan kökü çox miq-
darda və uzun davamlı istifadələrdə
yüksək təzyiqə səbəb ola bilər. Hər
hansı bir ciddi xəstəliyiniz varsa,
istifadə etməzdən əvvəl həkiminizlə
məsləhətləşməlisiniz.
Zəncəfil güclü bir antioksidandır
və bu sayədə ağciyərləri çirkləndirən
zəhərli maddələrin bədəndən atıl-
masına köməkçi olur. Eyni zaman-
da bədəndə istilik və tərləmə mey-
dana gətirərək də toksinlərdən
təmizlənməsinə kömək olur.
Zəncəfilin tənəffüs yollarını açmaq
kimi bir təsiri də vardır. Toz halında-
kı zəncəfil bal ilə qarışdırılaraq yeyilə
bilinər. Bundan əlavə də zəncəfil tozu
və bal qarışığı da çay kimi içilə bilinər.
Öskürək otu, ağciyərləri
gücləndirmək üçün istifadə edilən bir
bitkidir. C vitamini anbarı olan öskürək
otu, bəlğəm sökdürücü xüsusiyyətə
malikdir. Aparılan araşdırmalarda
astma, bronxit, öskürək və digər bir
çox ağciyər narahatlığına yaxşı təsir
göstərildiyi görülmüşdür. Öskürək
otunu çay içmək üçün qurudulmuş for-
mada apteklərdə tapa bilərsiniz.
Kəklikotunun sinə tutulmalarına
qarşı yaxşı təsiri vardır. Eyni zamanda
bakteriya meydana gəlməsinin qarşısı-
nı alar. Öksürək və üst tənəffüs yolları
iltihabında çayı çox təsirlidir.
Alban bibəri tənəffüs kanallarını
təmizləyərək və onların tıxanaraq da-
ralmasının qarşısını alaraq astmanın
yaxşılaşmasına kömək edir. Xroniki
bronxitin qarşısını ala bilir.
qadin.net
Stresə qidalarla qalib gəlin!
Ağciyərə faydalı olan bitkilər
Qaragilə şirəsi içən uşaqlar
yeni informasiyanı daha yaxşı
yadda saxlayırlar
Uşaqlar düyü yeməklərini həftə ərzində 4 dəfədən
çox yeməməli, 6 yaşdan kiçik uşaqlara, ümumiyyətlə,
düyü kökələri verilməməlidir. Bu tövsiyələrlə İsveç
Dövlət Qida Məhsulları İdarəsinin alimləri çıxış ediblər.
Alimlər tərkibində düyü olan 100-dən çox qida
məhsulunu tədqiq ediblər. Tədqiqatın nəticələrinə
görə, bu ərzaqların çoxunda külli miqdarda qeyri-
üzvi arsen aşkarlanıb. Alimlərin fikrincə, qeyri-üzvi
arsen müxtəlif xərcəng xəstəliklərinin yaranmasına
səbəb olur. Öz növbəsində İsveçdə populyar uşaq
qəlyanaltısı sayılan düyü kökələrindəki qeyri-üzvi
arsenin səviyyəsi tədqiq edilən bütün məhsullardan
daha yüksək olub.
İsveç alimləri yoxlamaların nəticələrindən çıxış
edərək belə qənaətə gəliblər ki, uşaqlara düyü və
düyü məmulatlarını həftədə 4 dəfədən çox yemək, 6
yaşdan kiçik uşaqlara düyü kökələri vermək məsləhət
deyil. Bu məsləhətlər həftədə 7 dəfədən çox düyü
yeyən böyüklərə də şamil olunub. Bədxassəli şişlər
qazanmaq istəməyənlər öz rasionunda bu ərzağı
məhdudlaşdırmalıdır.
İsveç Dövlət Qida
Məhsulları İdarəsi düyü
yeməklərini uşaqlara
gec-gec verməyi
məsləhət görür
http://www.amu.edu.az
15 oktyabr 2015-ci il
u
Son illər
ölkəmizdə
psixi pozğunluğu olan
şəxslərə yardımın
təkmilləşdirilməsi
istiqamətində
əhəmiyyətli addımlar
atılıb.
Səhiyyə Nazirli-
yinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən psixi sağlamlıq haqqında qanunvericiliyə
psixi pozğunluğu olan şəxslərin hüquq və maraqlarının
qorunmasına yönəldilmiş dəyişikliklər edilib. Həmçinin
2011-ci ildə psixi sağlamlıq sahəsində Milli Strategiya
və Milli Fəaliyyət Planı qəbul edilib.
Bu sənədlərdə psixi sağlamlıq sahəsində yardımın
təkmilləşdirilməsi üzrə konkret tədbirlər, əsas prinsip
və məqsədlər əks olunub. Mühüm məsələlərdən biri isə
ilkin səhiyyə səviyyəsində psixi sağlamlıq və sosial
yardım xidmətinin inkişaf etdirilməsidir.
Son zamanlaradək Azərbaycanda psixi sağlamlıq
problemləri olan şəxslərin əksəriyyətinə ixtisaslaşmış
müəssisələrdə - psixiatrik xəstəxanalar və psixonevro-
loji dispanserlərdə yardım göstərilirdi. Psixi sağlamlıq
sahəsindəki xidmətlərin Səhiyyə Nazirliyinin ilkin
yardım sisteminə inteqrasiyası məqsədilə psixonevro-
loji dispanserlərin ləğv edilməsi və həkim-psixiatrların
ilkin yardım müəssisələrinə köçürülməsi qərarı qəbul
edilib. Bu qərar nəticəsində psixi sağlamlıq sahəsindəki
xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılıb. Eyni
zamanda, həm psixi, həm də somatik problemi olan in-
sanların müraciət etməsi əhəmiyyətli dərəcədə asanlaş-
dırılıb. Bundan əlavə, psixiatrik müəssisələrdə müalicə
ilə əlaqədar olan stiqma xeyli azalıb.
II
müalicə-profilaktika
fakül tə sinin II kurs, 243
b
qrup
tələbəsi Mehmet Enizin adına
verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Bakı şəhər sakini Alıyeva
Elfrida Şaban qızının adına
Azərbaycan
Respublikasının
Daşınmaz Əmlakın Dövlət Re-
yestri Xidməti tərəfindən 30
dekabr 2014-cü il tarixində
verilmiş “Hüquqların Dövlət
Qeydiyyatı Haqqında Daşınmaz
Əmlakın Dövlət Reyestrindən
ÇIXARIŞ” (kupça) itdiyi üçün
etibarsız sayılır.
Stomatologiya fakültəsinin
IV kurs, 761
b
qrup tələbəsi Urş
Mehmetin adına verilmiş tələbə
bileti və qiymət kitabçası itdiyi
üçün etibarsız sayılır.
Stomatologiya fakültəsinin
I kurs, 702
a
qrup tələbəsi Ra-
mazanov Emin Vüqar oğlunun
adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Səfərov Elşən Səyyadulla oğ-
luna 2006-cı ildə Azərbaycan
Tibb Universiteti tərəfindən
onkoloq ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
II müalicə-profilaktika fakül-
təsi nin IV kurs, 306
a
qrup
tələbəsi Rüstəmli Şükufə Elxan
qızının adına verilmiş tələbə bi-
leti itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakül-
tə sinin II kurs, 255
a
qrup tələbəsi
Şuayev Mövlam Murad oğlunun
adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Rəhimzadə Elçin Rauf oğluna
1997-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən toksi-
kologiya ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Bakı şəhər sakini, Azərbaycan
Tibb Universitetinin Tədris Te-
rapevtik Klinikasının baş tibb
bacısı Qasımova Zərgül Sa-
bir qızının adına Azərbaycan
Respublikasının
Daşınmaz
Əmlakın
Dövlət
Reyestri
Xidməti tərəfindən 24 noyabr
2006-cı il tarixində verilmiş
“Hüquqların Dövlət Qeydiyyatı
Haqqında Daşınmaz Əmlakın
Dövlət Reyestrindən ÇIXARIŞ”
(kupça) itdiyi üçün etibarsız sa-
yılır.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 263
Düzəliş
-Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin 30 sentyabr
2015-ci il tarixli sayında dərc olunmuş “Kafedralar üzrə yerləri tutmaq
üçün müsabiqə elanı”nda “Kafedranın dosentləri” bölməsində Onko-
logiya kafedrası 1 yer kimi oxunmalıdır.
Tez-tez ət və şokolad yemək insan psixikasını məhv
edir və uzunsürən depressiyaya səbəb olur. Bu qəribə
nəticəyə ispan tədqiqatçıları gəliblər.
AZƏRTAC Informing saytına istinadla xəbər verir ki,
alimlər 10 il ərzində 15 min könüllünün analizini toplayaraq
onların psixi durumunu və qida rasionunu dəyərləndiriblər.
Tədqiqatların yekununa əsasən müəyyən edilib ki, şir-
ni, xüsusilə şokolad və yağlı ət həvəskarları əsəb siste-
minin pozulmasından daha çox əziyyət çəkirlər. Onlar
sakitləşmək və normal hala düşmək üçün daha çox se-
dativ preparatlar qəbul edirlər.
Alimlər depressiyanın inkişaf riskini azaltmaq üçün
şirnisevənlərə və “ət yeyənlərə” bir müddət ət və şoko-
laddan uzaq olmağı, yaxud heç olmasa pəhriz günləri
keçirməyi məsləhət görürlər.
İspan alimləri şokolad və ətin
insan psixikası üçün zərərli
olması qənaətinə gəliblər
Azərbaycanda psixi sağlamlıq
sahəsindəki xidmətlər təkmilləşdirilir
Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı
məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə hər il
oktyabrın 10-da Dünya Psixi Sağlamlıq Günü (World
Mental Health Day) qeyd edilir. Bu gündə qlobal miqyasda
psixi pozuntular mövzusu cəmiyyətdə daha açıq şəkildə
müzakirə edilir, bu sahədə profilaktika və müalicə
xidmətlərinə sərmayə qoyulmasını stimullaşdırmaq
üçün müəyyən tədbirlər görülür.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə,
dünyada 450 milyondan çox insan psixi pozuntulardan
əziyyət çəkir. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini
reallaşdıra bildiyi, adi həyat stresslərinin öhdəsindən
gəldiyi, səmərəli çalısa bildiyi vəziyyətdir. Konkret
məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox
sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dün-
ya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi
təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşa-
ğı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün
psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial
dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçki-
liyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq
təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqla-
rının pozulması da DST tərəfindən psixi sağlamlığın
pozulmasını şərtləndirən faktorlara aid edilir. Bundan
əlavə, insanları psixi pozuntulara həssas edən xü-
susi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik
faktorlar və beyində kimyəvi maddələrin tarazlığının
itməsi kimi bioloji səbəblər də var.
Hesablamalara görə, dünyada bütün uşaq və
yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntu-
ları və ya problemləri var. Bununla belə, ölkələrin
əksəriyyətində uşaq psixiatrlarının sayı çox az-
dır. Depressiya dünyada başlıca əlillik səbəbi olan
xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800
min insan intihar edir. Halbuki intiharın əksər hallarda
səbəbi olan psixi pozuntuları müalicə etmək müm-
kündür. Psixi pozuntular infeksion və qeyri-infeksi-
on xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa
əhəmiyyətli dərəcədə təsir göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla
qeydə alınan psixi xəstələrin sayı cəmi 4 276 nəfərdir.
Statistik rəqəmlər ötən il Azərbaycanda psixi
xəstələrin sayında azalma müşahidə olunduğunu
göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə
alınan psixi xəstələrin sayı 2000-ci ildə 6 907 nəfər,
2005-ci ildə 5 621 nəfər, 2010-cu ildə 4 984 nəfər,
2012-ci ildə 4 948 nəfər, 2013-cü ildə isə 4 904 nəfər
olub. Ötən il müalicə-profilaktika müəssisələrində
qeydiyyatda olan psixi xəstələrin sayı 102 807 olub.
2013-cü ildə isə bu rəqəm 124 134 nəfər təşkil edib.
İlkin İmmun Çatışmazlıq Vəziyyəti, bir çox xroniki
xəstəliklər, digər ciddi və uzun sürən patologiyalar xəstə
uşaqları aktiv həyatdan məhrum edir.
Onların özlərini cəmiyyətin fəal üzvü hesab etməsi
üçün bir çox üsullar və vasitələr var. Hər bir xəstə
uşağın öz arzusu var, onların bu istəklərini həyata
keçirmək, gizli istedadlarını üzə çıxarmaq məqsədi ilə
bütün dünyada bir çox tədbirlər keçirilir. Oktyabrın 8-də
İranın paytaxtı Tehran şəhərində bizim kolleqalarımız
ilk dəfə Xəstə Usaqların 1-ci Beynəlxalq Rəsm Festiva-
lını keçirməyi qərara almışlar. Biz də bu tədbirdə istirak
etmək üçün İmmun Çatışmazlıq Vəziyyəti olan bütün
xəstələrimizi (uşaq və yeniyetmələri) dəvət etdik. Xəstə
istirakçıların A4 formatında kağız üzərində “Sağlam-
lıq” mövzusunda çəkdiləri şəkilləri təşkilat komitəsinə
göndərdik. Ən yaxşı 200 şəkil seçilərək xüsusi bro-
şurada öz əksini tapacaq. Yalnız 30 ən yaxşı rəsmin
müəllifləri qalib kimi Tehrana dəvət olunaraq mükafat-
landırılacaqdır.
Biz çox şadıq ki, Azərbaycandan da qalib seçilən ba-
laca Əliyeva Məryəm də qaliblər sırasındadır. 4 yaşlı
bu qızın ağır auto-
immun xəstəliyindən
əziyyət çəkməsinə
baxmayaraq, həyat
dolu əsəri münsiflər
heyəti tərəfindən se-
çilib. Məryəm anası
ilə birlikdə Tehrana
yola düşüb və bu ya-
xınlarda mükafatla
evə dönəcək.
10 oktyabr - Dünya Psixi Sağlamlıq Günüdür
Xəstə Uşaqların I Beynalxalq Rəsm Festivalı
Dostları ilə paylaş: |