Ürək –damar sisteminin xəstəlikləri. Taxikardiya bəzən müxtəlif emosiyaların
nəticəsi kimi sağlam adamlarda da ola bilər.Tənginəfəslik karbon qazının
çoxluğundan tənəffüs mərkəzinin qiciqlanması nəticəsində baş verir.Qanın oksigenlə
lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz
durğunluğun nəticəsidir.
Ürəyin işemik xəstəliyinə-qan dövranın müxtəlif dərəcədə pozulması olan
stenokardiya,miokard infarktı və kardioskleroz aiddir.Döş anginası və yaxud
stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub,cavan və
ahıl yaşlı insanlarda baş verir.Əsas əlaməti ürək və ya döşarxası nahiyələrədə
tutmaşəkilli ağrı və onun sol qola,kürəyə,boyuna vurması,bir neçə dəqiqədən bir
neçə saata qədər davam etməsidir.Ağrı qan dövranının pozularaq miokarda qanın az
gəlməsi ilə izah olunur.Yardım tutma zamanı dərhal damargenəldici dərmanlar təyin
edilir:damcı və ya tablet şəklində nitroqlesirin ağızın selikli qişasında sorulur.
KitabYurdu.az
21
|