TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

24



      İnsan  sakitlik  vəziyyətində  bir  dəqiqədə  16  –  20  dəfə  tənəffüs  hərəkətləri  edir. 

Bu  za-man  nəfəsalmanın  yaranması  qabırğaarası  əzələlərin  və  diafraqmanın 

yığılması  sayə-sində  mümkün  olur.  Diafraqma  qarın  və  döş  boşluqlarını  ayıran 

eninəzolaqlı əzələdir. Diafraqma yığılarkən qarın boşluğu orqanlarını aşağıya doğru 

sıxır, qabırğaarası əzələ-lər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və 

bu  zaman  döş  qəfəsinin,  təbii  ki,  plevra  boşluğunun  da  həcmi  genişlənir.  Həcmi 

genişləndiyinə  görə  plevra  boşluğunda  təzyiq  yenə  də  aşağı  düşür.  Bu  isə 

ağciyərlərdə,  bronxlarda  və  alveollarda  təzyiqin  xeyli  aşağı  düşməsinə  səbəb  olur. 

Plevra  boşluğunda  təzyiqin  atmosfer  təzyiqi  ilə  müqayisə-də  xeyli  aşağı  olması, 

havadaşıyıcı yollardan havanın ağciyərlərə sorulması ilə nəticələ-nir.  

      Diafraqma  əzələsi  yastılaşır  və  qabırğalar  öz  ağırlığı  hesabına  aşağı  enir.  Döş 

qəfə-sinin ölçüləri özünün adi həcminədək azalır. Bu zaman ağciyər qovuqcuqlarının 

və  bronxların  elastiki  divarı  yığıldığına  görə,  onların    həcmi  azalır.  Deməli, 

nəfəsvermə  za-manı  döş  boşluğunun  ölçüləri  azalır,  ağciyər  alveollarında  təzyiq 

atmosfer təzyiqindən yüksək olur. Nəticədə, havanın bir hissəsi ağciyərlərdən xaricə 

qovulur. Güclü nəfəsver-mə qarın divarı əzələlərinin yığılması ilə müşayiət olunur. 

Bu  isə  dərindən  nəfəsalma  za-manı  ağciyərlərə  daxil  olmuş  havanın  ağciyərlərdən 

xaricə çıxarılmasına imkan verir.  

      Ağciyərlərin  həyat  tutumu.  Dərindən  nəfəs  alandan  sonra  dərindən  nəfəs 

verməklə xaric edilən havanın həcmi ağciyərlərin həyat tutumu adlanır.  



      Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür.  

      Ağciyərlərin  həyat  tutumunun  kəmiyyəti  bir  neçə  göstəriciyə  əsasən 

müəyyənləşdirilir – tənəffüs havasına, əlavə havaya və ehtiyat havaya görə; tənəffüs 

havasının həcmi 500 ml (millilitrə), əlavə havanın həcmi 1500 ml və ehtiyat havanın 

həcmi 1500 ml-ə bərabər-dir.  

      İnsan  sakit  nəfəs  alandan  sonra  dərindən  nəfəs  almaqla  1500  –  2000  ml  hava 

qəbul  edə bilər.  Bu kəmiyyət  əlavə  hava  adlanır.  İnsan  sakit nəfəs  verəndən  sonra 

dərindən nəfəs verməklə tənəffüs yollarından 1500 - 2000 ml hava xaric edə bilər ki, 

bu  da  ehtiyat  hava  adlanır.  Deməli,  ağciyərlərin  həyat  tutumu  tənəffüs,  əlavə  və 

ehtiyat  havalarının  həcminə  bərabərdir.  Orta  yaşlı  adamlarda  ağciyərlərin  həyat 

tutumu 3500 – 4000 ml-ə bərabər olur. Qadınlara nisbətən ağciyərlərin həyat tutumu 

kişilərdə yüksəkdir.  

      Ağciyərlərin ventilyasiyası. Havanın ağciyər alveollarında fasiləsiz dövr etməsi 

ağ-ciyərlərin  ventilyasiyası  adlanır.  Onun  göstəricisi  ağciyərlərin  dəqiqəlik  tutumu 

və  ya  bir  dəqiqədə  ağciyərlərdən  xaric  olan  havanın  həcmi  ola  bilər.  «Dəqiqəlik 

tutumun kəmiyyə-ti» bir dəqiqədə edilən tənəffüs hərəkətlərinin sayına və bir dəfə 

nəfəsalma  zamanı  qəbul  edilən  havanın  həcminə  ğörə  hesablanır.  Qadınlarda 

ağciyərlərin  dəqiqəlik  hava  tutumu  3  –  5  litrə,  kişilərdə  isə  6  –  8  litrə  bərabərdir. 

Onun  kəmiyyəti  insanın  yaşından,  cinsindən  və  fiziki  inkişafından,  həmçinin  də 

oksidləşmə prosesinin səviyyəsindən asılı-dır.  



      Fiziki iş zamanı ağciyərlərin dəqiqəlik tutumu xeyli yüksək olub, bəzən dəqiqədə 

30 – 100 litrə çatır. Sakitlik vəziyyətində orqanizmin ehtiyacını ödəyən ventilyasiya 

kəmiyyəti eypnoe – «yaxşı tənəffüs» adlanır. Eypnoe yunanca «ey» – yaxşı, «pnoe» 

–  tənəffüs  adlanır.  Müəyyən  edilmişdir  ki,  seyrək,  lakin  dərin  tənəffüs  daha 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin