TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   2   3   4   5   6   7   8   9   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

3



pozulmasının hər hansı bir təzahürü həyəcan təbili çalmaq üçün əsas olmalıdır. Ona 

görə  ki,  tamlığın  hər  hansı  formada  pozulması  deyir  ki,  insan  qeyri-sağlam  həyat 

tərzi 

keçirir, 



bu 

isə 


heç 

vaxt 


nəticəsiz 

və 


cəzasız 

qalmır.


Biz bir həqiqəti də dərk etməyə borcluyuq: orqanizmin tamlığının hər hansı formada 

pozulması  öz-özünə  keçib  getmir,  orqanizmin  tamlığını  bərpa  etmək  məsələsinə 

şüurlu  formada  yanaşmaq,  bu  arxivacib  problemi  elmi  əsaslar  üzərində  həll  etmək 

lazımdır.  Bunun  üçün  isə  hər  bir  kəsdən  insan  orqanizmi  haqqında,  sağlamlıq 

haqqında,  xəstəlik  haqqında,  sağlam  və  qeyri-sağlam  həyat  tərzi  haqqında,  pis  və 

yaxşı  vərdişlər  haqqında  müəyyən  biliyə  malik  olmaq  tələb  edilir.  Kortəbii,  necə 

gəldi  yaşayan  insan  mütləq  çoxlu  səhvlərə  yol  verəcək,  müxtəlif  xəstəliklərə 

tutulacaq,  ömrünü  ah-ufla  başa  vuracaq,  dünyadan  tez  gedəcək.  Elə  buna  görə  də 

dünya  şöhrətli  alim  Pol  Breqq  (ABŞ),  müxtəlif  ölkələrdə  sağlamlıqla  bağlı 

mühazirələr oxuyarkən, usanmadan təkrar edirdi: bütün elmlərin zirvəsi - orqanizmə 

qulluq etmək elmidir, onu bilməyən bədbəxtdir. 

Hər bir xəstəliyin özünəməxsus əlamətləri-simptomları olur.Ağrı xəstəliyin mühüm 

əlamətidir.Müəyyən  bir  həstəlik  üçün  əsas  olan,daimi  və  xarakter  əlamətlərin 

məcmusuna –sindrom deyilir. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  1975-ci  ildə  Cenevrə  konfrasında  qəbbul  etdiyi 

xəstəliklərin  beynəlxalq  təsnifatından  istifadə  edilir.Həmin  təsnifatda  bütün 

xəstəliklər 17 sinfə bölünür. 

1.İnfeksiyon və parazitar xəstəliklər. 

2.Şişlər. 

3.Endokrin sistemin xəstəlikləri,qidalanmanın pozulması,maddələr mübadiləsinin və 

immunigen reaktivliyin patologiyası. 

4.Qanin və qanyaradıcı sisteminin xəstəlikləri. 

5.Psixi pozulmalar. 

6.Sinir sistemi və duyğu orqanlarının xəstəliləri. 

7.Qan dövranı sisteminin xəstəlikləri. 

8.Tənəffüs orqanlarının xəstəlikləri. 

9.Həzm orqanlarının xıstılikləri. 

10.Sidik-cinsiyyət sisteminin xəstəlikləri. 

11.Hamiləliyin,doğuşun və zahılıq dövrünün ağırlaşmaları. 

12.Dərinin və dərialtı təbəqənin xəstəlikləri. 

13.Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri. 

14.Anadangəlmə anomaliyalar. 

15.Erkən uşaqlıq dövrünün xəstəlikləri. 

16.Aydın olmayan simptomlar və patoloji hallar. 

17.Travmalar və zəhərlənmələr. 

Xəstəliklərin ekzogen və endogen ,yəni xarici və daxili səbəbləri ayırd edilir.Amma 

bu bölgü şərtidir.Çünki daxili amillər özləri də bilavasitə fərdin orqanizminə ,onun 

valideyinlərinə və ya vaxtsa uzaq əcdadına təsir göstərmiş  ekzogen amillə əlaqədar 

olaraq formalaşır.  

Ətraf  mühitin  fiziki,kimyəvi,  bioloji,psixi  və  ictimai  amillərin  xəstəliklərin  əmələ 

gəlməsində,gedişində böyük rol oynayır.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin