Ətrafların skeleti. Ətrafların skeleti yuxarı və aşağı ətrafların skeletinə ayrılır.
Aşağı ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən ibarətdir. Yuxarı
ətrafların ske-letinin çiyin qurşağı kürək və körpücük sümüklərindən təşkil
olunmuşdur.
Yuxarı ətrafın sərbəst hissəsini bazu, əlvan mil və dirsək sümüyü və pəcədə olan
8 bilək, 5 əldarağı və 14 barmaq falanqaları sümükləri təşkil edir. Çanaq
sümüklərinin hər birinin oynaq çuxuruna bud sümüyünün girdə başı daxil olur.
Aşağı ətrafın sərbəst hissəsi bud, diz qapağı, baldır, qamış, incik və ayaq
sümüklə-rindən ibarətdir. Ayaq skeleti 7 ədəd ayaqdaraq arxası, 5 ədəd ayaqdaraq
sümüklərin-dən və 14 ədəd falanqa sümüklərindən ibarətdir.
Bəzən ehtiyatsız hərəkət etdikdə sümükləri oynaqda birləşdirən bağlar və
əzələlər gərilir. Oynağın ətrafı şişir, bəzən də həmin nahiyəyə qan sızır. Az sonra
şiddətli ağrılar baş verir. Bu cür zədələnməyə burxulma deyilir.
Zədələnmiş şəxsə ilk yardım etmək üçün zədələnmiş
Bəzən kəskin, yöndəmsiz hərəkət etdikdə oynaq başı oynaq çuxurundan çıxır ki,
buna çıxıq deyilir. Çıxıqlar zamanı burxulmada olduğu kimi ilk yardım göstərmək
və dər-hal həkimə müraciət etmək lazımdır.
Bərk əzilmələr, bəzi yaralanmalar, eləcə də yıxıldıqda sümüklər bir və ya bir
necə yerdən sına bilər. Bu o zaman olur ki, sümüyə kənardan təsir edən qüvvənin
istiqaməti sümük atmalarının istiqamətinə uyğun gəlmir. Əksər hallarda uzun
sümüklər daha tez sınır. Bu sınıqlar qapalı və açıq ola bilər.
Sümüyün sınmasından şübhələndikdə ilk yardım məqsədilə zədələnmiş hissənin
tamamilə hərəkətsiz bir halda qalmasını təmin etmək lazımdır. Bunun üçün hadisə
yerin-də xüsusi şinalar olmadığından müvəqqəti taxta parçasından və ya bərk karton
zolaqlarından istifadə etmək olar.
Həmin taxta parçasının sınıq yerini sıxmaması üçün onun altına yumşaq bir şey
qoy-maq lazımdır. Sonra enli bint, dəsmal, burun yaylığı ilə möhkəm sarımaq
lazımdır.
İstifadə olunan taxta parçası nəinki zədələnmiş nahiyəni, həm də hər iki qonşu
şöbə-ni tutmalıdır. Belə olduqda sümük hissələri yerindın oynamır. Açıq sınıqlarda
ilk yardım zamanı yaraya təmiz sarğı qoymaq, qanaxmanı dayandırmaq lazımdır.
Sümüklərin sın-masından şübhələndikdə zədələnmiş şəxsi təcili xəstəxanaya
çatdırmaq lazımdır. Sınıq-lar zamanı vaxtında ilk yardım göstərilmədikdə və həkimə
müraciət edilmədikdə, sümük düzgün bitişmir və nəticədə həmin şəxs ömrü boyu
şikəst qala bilər.
Dostları ilə paylaş: |