TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   11   12   13   14   15   16   17   18   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

10



      Əzələ  toxuması.  İnsan  və  heyvanların  orqanizmində  struktur  və  funksiyasına 

görə  3  tip  əzələ  müşahidə  edilir.  1-ci  eninəzolaqlı  əzələ,  2-ci  daxili  orqanlar,  3-cü 

damarların saya əzələsi və ürək əzələ toxuması. 

      Eninəzolaqlı  əzələ  toxumasına  skelet,  dil  və  qida  borusunun  yuxarı  1/  3 

hissəsinin əzələləri aiddir. Onların sayı 600-ə qədərdir. Bu sümük sistemini hərəkətə 

gətirir. İnsana tabe oldiğu üçün eninəzolaqlı əzələlərə iradi əzələlər deyilir.  

      Saya  əzələlər  daxili  orqanların  –  madənin,  bağırsaqların,  sidik  kisəsinin,  qan 

damar-larının divarlarını örtür. Bu əzələlər qeyri-iradidir.  

      Ürək  əzələsi  xüsusiyyət  təşkil  edir.  İş  prinsipinə  görə  saya  əzələlərinə, 

quruluşuna görə eninəzolaqlı əzələ toxumasına bənzəyir.  

      Əzələnin quruluşu. Hər bir əzələ hüceyrəsi və ya əzələ lifi mikroskopik örtük –

sar-kolemmadan  və  sitoplazmadan  ibarətdir.  Bunun  da  uzunluğu  bir  nüçə 

millimetrdən bir neçə santimetrə qədər olur.  



      Hər  bir  əzələ  qan  damarları  və  sinir  lifləri  ilə  təchiz  olunur.  Əzələrin  üzərini 

birləşdirici  toxumalardan  ibarət  pərdə  örtür.  Skelet  əzələri  vətərələr  vasitəsilə 

sümüklərə bağlanır.  

      Əsas  əzələ  qrupları.  Gövdənin  əzələləri  boyun,  arxa,  döş  və  qarın  əzələlərinə 

bölünür.  

      Bu əzələ qrupları gövdəni dik saxlayır, önə, yana, arxaya əyilməyə, bükmə, açma 

hərəkətlərini yerinə yetirməyə, tənəffüsə, çeynəməyə səbəb olur. Əsas qruplarına isə 

baş, döş, qarın, bel, ətraflar və onların qurşaqları aiddir.  

      Yerləşməsinə görə əzələləri aşağıdakı kimi təsvir etmək olar.  

      Başın  əzələlərinə  çeynəmə,  gicgah,  mimiki,  qaşı  qırışdıran,  yanaq,  gülüş,  döş-

körpü-cük və məməyəbənzər əzələləri misal göstərmək olar.  

      Gövdənin əzələlərinə kürək, trapesəbənzər, onurğanı düzləndirən, böyük və kiçik 

döş əzələləri, qabırğaarası əzələlər aiddir.  

      Qarın  əzələlərinə  qarının  düz  əzələsi,  qarının  xarici  və  daxili  çəp  əzələlərini 

misal göstərmək olar.  

      Ətrafların əzələsinə çiynin dentayabənzər, üçbaşlı, dərzi, budun dördbaşlı əzələsi 

aiddir.  

      Əzələnin  işi  əzələ  liflərində  müxtəlif  üzvi  birləşmələrin  kimyavi  parçalanması 

zamanı əmələ gələn hesabına baş verir. Əzələnin yorulmasına səbəb birinci növbədə 

mərkəzi sinir sisteminin əzələnin işini tənzim edən mərkəzlərin yorulmasıdır.  

      Bu  zaman  oyanmaların  mərkəzdən  hərəki  sinirlər  vasitəsilə  nəql  olunması 

pozulur.  Maddələr  mübadiləsində  pozğunluqlar,  oksigen  çatışmazlığı,  çöküntü 

məhsulları və süd turşusunun hüceyrədə toplanması və sair, yorulmaya səbəb olur, 

fəal  istirahət  isə  yorul-manın  qarşısını  alır.  İ.  M.  Seçenov  yorğunluqdan  sonra  iş 

fəaliyyətinin yenidən bərpası üçün passiv istirahətə nisbətən fəal istirahətdən istifadə 

etməyin daha effektli olduğunu göstərmişdir.  

      Skeletin düzgün formalaşması əzələlərin inkişafı ilə əlaqədardır.  

      Fiziki  əmək,  bədən  tərbiyyəsi  və  idmanla  müntəzəm  məşğul  olanların  bədən 

əzələlə-ri daha çox inkişaf edir. Belə adamlar çevik, güclü, dözumlü, əməyə qabil, 

dəqiq hərəkə-tli olurlar. 

      Fiziki  əmək  nəinki  əzələlərin  inkişafına,  həm  də  digər  üzvlərin  və  sistemlərin 

fəaliyyə-tinə müsbət təsir göstərir.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin