|
“Kafedrada dərslər və
mühazirələr elektron varian-
tında aparılır”
- Bəs yeni dərslik və dərs vəsaitlərinin
hazırlanması barədə nə deyərdiniz?
- Doğrudur, əvvəllər dərs vəsaitləri ilə bağ-
lı problemlərimiz olub. Zaman keçdikcə
üzləşdiyimiz problemlər aradan qaldırılıbdır.
Hazırda belə bir problem yaşamırıq. Çünki
xeyli dərsliklər və dərs vəsaitləri çap olunub
və tələbələrimiz tərəfindən yaxşı qarşıla-
nıbdır . Bu dərsliklərdən Akif Qurbanov və
Ramin Bayramlının həmmüəllifliyi ilə çap
olunan “Tibbi mikrobiologiya və immunolo-
giya”, T.Ə.Əliyev və A.İ.Qurbanovla birlikdə
hazırlanan “Tibbi mikologiya” adlı dərs
vəsaitlərini misal çəkə bilərəm. Bundan əlavə
“Mikrobiologiya və immunologiya”dan test
toplusu da işıq üzü görüb. Hazırda dərslər və
xüsusən mühazirələr kafedrada elektron vari-
antında aparılır. Dərsliklər Avropanın və inki-
şaf etmiş ölkələrin səviyyəsi nəzərə alınmaqla
hazırlanıb. Rus dilində bu səviyyədə kitablar
olmadığından bu bölmənin tələbələri belə də,
bizim azərbaycan dilində yazılan kitablardan
istifadə edirlər. İstehsalat müşavirəsində də
dərsliklərimizin səviyyəsinin yüksək olması
barədə fikirlər səslənir.
Dostları ilə paylaş: |
|
|