|
Klinikanın direktoru Hacıqulu Bağırov
Klinikanın direktoru Hacıqulu Bağırov:
- Klinikamız MDB məkanında bütün təchizatı olan vahid
tədris cərrahi klinikadır. Əsas vəzifəmiz tədrislə müalicəni
professional olaraq aparmaqdır. Cərrahi yönümlü bütün
kafedraların yerləşdiyi klinikamızda treninq mərkəzi, mul-
ti-media ilə təchiz olunmuş dərs otaqları mövcuddur.
Ayın 8-də tədrislə bağlı müşavirədə də qərara alındı ki,
təhsil, elm, etika, tibbi-ekpertiza komissiyaları yaradıl-
sın və həmin komissiyalar vasitəsilə həm tədrisə, həm də
müalicə işlərinə nəzarət edilsin.
Hədəfimiz ən unikal əməliyyatların aparılmasıdır. İn-
vaziv kardiologiya əməliyyatının aparılması artıq real-
laşıb. Açıq qəlb əməliyyatlarının aparılması üçün ciddi
hazırlıq işləri görülür. Transplantasiya əməliyyatlarını
dərindən öyrənmək məqsədilə əməkdaşlarımızı Türkiyəyə
ezamiyyətə göndərmişik. Gələcəkdə qaraciyər və böyrək
köçürmə əməliyyatları həyata keçiriləcək. Bu sahədə
səriştəsi olan mütəxəssislərimiz var. Mən bir rəhbər kimi
buradakı mütəxəssislərin səviyyəsindən çox razıyam. Onu
da bildirim ki, burada universitetin 16 kafedrası fəaliyyət
göstərir. Professor-müəllim heyətindən əlavə hörmətli rek-
torumuz akademik Əhliman Əmiraslanovun tövsiyəsi ilə
xaricdə təhsil alan uzmanlar klinikamıza yönləndirilir. Se-
vindirici haldır ki, mama-ginekoloji, burun-boğaz-qulaq,
ağız, üz-çənə, ürək-damar cərrahiyyəsi, travmatologiya,
urologiya, radiologiya sahələri üzrə fəxr edə biləcəyimiz
mütəxəssislər çalışırlar.
Hələlik klinikada gün ərzində 20-25 əməliyyat aparılır,
hədəfimiz isə bu rəqəmi 60-70-ə çatdırmaqdır.
Son olaraq deyim ki, möhtərəm prezidentimiz İlham
Əliyev cənablarının sərəncamı ilə yaradılan və xeyir-duası
ilə fəaliyyətə başlayan Tədris Cərrahiyyə Klinikasının qısa
müddətdə müsbət imic qazanmasında universitetimizin
rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanovun
şəxsi nüfuzu böyük rol oynayıb. Kollektivimizin qarşısında
duran başlıca vəzifə də bu müsbət imici qoruyub saxlamaq,
klinikamızı ölkənin ən reytinqli klinikasına çevirməkdir.
Biz də öz növbəmizdə “hədəfə doğru gedən yolunuz
açıq olsun, burada şəfa tapan xəstələrin sevincindən hər
birinizə pay düşsün”- deyirik. Unutmayaq ki, bıçaq cani
əlində ölüm, cərrah əlində isə şəfa alətidir. Ölümə meydan
oxuyan şəfa bıçağınız heç vaxt korşalmasın!
Arif MƏMMƏDLİ,
Qabil ABDULLAYEV
Fotolar Cənnətalı Çingizindir
MDB MƏKANINDA ƏN MÖHTƏŞƏM
TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI
Dostları ilə paylaş: |
|
|