Yoğun bağırsağın polipləri xroniki bağırsaq xəstəliklərindən sonra əmələ gəlir. Bağırsağın selikli qişasında əmələ gələn törəmələr bağırsaqda poliplərin yaranmasına səbəb olur. Yoğun bağırsağın “xovlu polipləri” təhlükəli hesab olunur, bu polip forması bədxassəli şişlərin əmələ gəlməsinə də səbəb ola bilər. Polipin yaranması qidalanma xüsusiyyətləri və irsiyyyətlə əlaqədardır. Qızardılmış heyvani qidalar qəbizliyin yaranmasına səbəb olur və pilipin inkişafına şərait yaradır. Poliplər adətən xəstəni narahat etmir, polipin erkən diaqnostikası vaxtında müalicə olunmağa imkan verir.