Ürək-damar sisteminin funksiyasının diaqnostikasında usm diaqnostikası metodundan, radioizotop metoddan, kontrast rentgen müayinələrindən geniş istifadə olunur. Ürək-damar sistemi xəstəliklərinin diaqnostikası aktiv və passiv diaqnostika metodu vasitəsilə aparılır. Aktiv diaqnostika metodu müxtəlif texniki vasitələrlə orqanizmə daxil edilən kontrast maddələrin köməyi ilə həyata keçirilir. Bu metodlara rentgen-kontrast angioqrafiya, radioizotop angioqrafiya və s. metodlar daxildir. Bu metodların təsirinə və effektivliyinə baxmayaraq, o qədər də zərərsiz metodlar hesab olunmurlar. Bu ilk növbədə radionuklid, radioizotop, rentgen-kontrast metodlara aid edilir. Canlı orqanizmə ionlaşdırılmış maddələrlə və rentgen-kontrast maddələrlə təsir etdikdə, bu bir çox hallarda öz mənfi təsirini göstərir.