Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi



Yüklə 406 Kb.
səhifə20/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
tic mues teh qay

8. Yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi

8.1. Ticarət, ictimai iaşə müəssisələri, baza və anbarların yanğın təhlükəsizliyinə cavabdeh şəxslər həmin obyektlərdə yanğın baş verən zaman insanların təhlükəsizliyini təmin edə bilən tədbirlərin vaxtında həyata keçirilməsinə cavabdehlik daşıyırlar.

8.2. Ticarət və iaşə müəssisələrinin köçürmə yollarının planlaşdırılması, onların saxlanılması yanğın və yaxud digər qəza hadisələrinin baş verdiyi zaman insanların tez köçürülməsi imkanını təmin etməlidirlər;

8.3. Ticarət mərkəzlərində, ticarət evlərində, restoranlarda və digər ticarət və ictimai iaşə obyektlərində yanğın baş verməsi hallarında adamların təhlükəsizliyi aşağıdakı amillər vasitəsi ilə təmin edilir:

8.3.1. Köçürmə yollarının həcmli-planlaşdırılması və konstruktiv tədbirləri, ticarət, restoran və yeməkxana zallarının səmərəli planlaşdırılması, alıcı axınlarının düşünülmüş qaydada istiqamətləndirilməsi;

8.3.2. Alovun və yanğının məhdudlaşdırılmasına yönəldilən mühəndis tədbirləri; (yanğına qarşı sədlər, yanğına qarşı mühafizə sistemləri, yanğınsöndürmə qurğuları və s.);

8.3.3. Yanğın yaxud qəza hallarında adamların müvəffəqiyyətlə köçürülməsinə yardım göstərən xüsusi avadanlığın (təcili bildiriş sistemləri, qəza işığı, təhlükəsizlik işarələri və nişanları) daim saz vəziyyətdə saxlanılması;

8.3.4. Otaqların, köçürmə yollarının keçdiyi yerlərdə (giriş salonlarının, dəhlizlərin, pilləkənlərin) bəzək üzlüyü üçün yanar materialların, habelə səthdə yanması tez yayıla bilən materialların məhdudiyyətlə tətbiq edilməsi;

8.3.5. Yanğın təhlükəli malların düzgün saxlanılmasına və ticarətinə, elektrik cihazlarının düzgün istismarına, qaynaq işlərinin aparılması zamanı ehtiyat tədbirlərinə riayət olunmasına rəhbərlik tərəfindən müntəzəm surətdə nəzarətin aparılması.

8.4. Köçürmə keçidlərini, çıxış yollarını, dəhlizləri, pilləkənləri hər hansı əşyalarla tutulmasına, mal və avadanlıqların yığılmasına, həmçinin bu yerlərdən yardımçı xidmət üçün istifadə edilməsinə icazə verilmir.

8.5. Mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında partlayıcı maddələrin, qazla dolu balonların, tezalışan və yanar mayelərin, nitrolakların və nitroemalların, məişətdə tətbiq edilən kimyəvi malların, aerozol qablaşdırmada olan malların, sellüloid və ondan hazırlanan məmulatların, habelə digər yüksək yanğın təhlükəli malların saxlanılması qadağan edilir.

8.6. İş vaxtı köçürmə çıxış qapılarının bağlanılması qadağandır. Bu məqsədlər üçün daxili asan açılan qıfılların tətbiq edilməsinə icazə verilir. Ticarət və ictimai iaşə müəssisələrində texnoloji avadanlıqların yerləşdirilməsi, müəssisəyə gəlib-gedən adamların köçürülməsi üçün xidməti pilləkən qəfəsəsindən istifadə edilməsinə maneçilik törətməməlidir.

8.7. Yanğın haqqında adamların xəbərdar edilməsi sistemlərinin (səs, işıq, kombinələşdirmə) saz vəziyyətdə olması, adamların köçürülməsi planlarının tətbiqi zamanı yoxlanılmalıdır. Müəssisənin rəhbəri təcili xəbərdaretmə sistemini işə salmaq hüququna malik olan şəxslərin siyahısını müəyyənləşdirməlidir.

8.8. Köçürmə yollarında qəza işıqları saz vəziyyətdə saxlanılmalıdır.

8.9. Yanğın baş verən zaman xüsusi yanğın liftlərindən başqa qaldırıcı mexanizmlərdən və liftlərdən istifadə edilməsi qadağandır. Restoranlarda və iri universal mağazalarda adamların çıxış qapılarına, stasionar pilləkənlərə doğru ən qısa yollar təhlükəsizlik nişanları ilə aydın işarələnməlidir. Yanğın baş verən zaman ekskalatorlar, liftlər və qaldırıcı mexanizmlər alt mərtəbəyə endirilməli və elektrik cərəyanından ayrılmalıdır.

8.10. Köçürmə yollarında fırlanan və sürüşən qapıların, habelə dolama pilləkənlərin və pilləkən döngələrin qurulmasına icazə verilmir.

8.11. Ticarət müəssisələrinin restoranların, kafe və yeməkxanaların rəhbərləri zalların istehlakçılara həddən artıq dolmasına yol verməməlidirlər.

8.12. Ticarət zallarının, restoran, kafe və yeməkxana zallarının tutumu adamların hesablama sayına uyğun olmalıdır. Mağazaların ticarət zallarının yol verilən tutumu TN və Q (Tikinti Norma və Qaydalarının) tələblərinə müvafiq olaraq bir adama ən azı 1,35 kv.m. hesabı ilə sahə nəzərdə tutulmalıdır. Restoran, kafe, yeməkxanalara gələn istehlakçılar üçün zalların hər oturacaq yer üçün sahə tutumu ən azı 1,4 kv.m. hesabı ilə qəbul edilməlidir.

8.13. Ticarət və ictimai iaşə müəssisələrinin otaqlarında olan xalça və xalça ayaqaltılıqları döşəməyə kip bərkidilməlidir. Köçürmə yollarında yanar və yandıqda zəhərlənmə törədə bilən bəzək üzlük materiallarının tətbiq edilməsi qadağandır. Köçürmə yollarındakı döşəmə örtükləri (xalçalar, palazlar) az kaloriyalı alışma mənbələrin qısamüddətli təsirindən alışmamalıdırlar;

8.14. İri universal mağazalarda, universamlarda və restoranlarda növbətçi xidməti heyət tənəffüs orqanlarını mühafizə edən fərdi vasitələr və elektrik fənərləri ilə təchiz edilməlidirlər.

8.15. Ticarət və iri ictimai iaşə müəssisələri, bazalar və anbarlar Dövlət standartının tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi nişanları ilə təmin olunmalıdırlar.

8.16. Hər bir ticarət və ictimai iaşə müəssisələri müəyyən edilmiş qaydada «Yanğın təhlükəsizliyi sertifikatı»nı almalıdırlar.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin