Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Hava dəyişmə sistemləri və tüstüyə qarşı qurğular



Yüklə 406 Kb.
səhifə6/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
tic mues teh qay

3.4. Hava dəyişmə sistemləri və tüstüyə qarşı qurğular

3.4.1. Havadəyişmə sistemlərinin istismar edildiyi zaman onların texniki vəziyyətinə, sazlığına və yanğın təhlükəsizliyi tələblərinə görə cavabdehliyi müəssisədə əmrlə təyin edilmiş şəxs daşıyır.

3.4.2. Havadəyişmə qurğularının (sistemlərin) istismarı və yanğına qarşı iş rejimi işçi təlimatlarla müəyyənləşdirilir. Bu təlimatlarda (istehsal şəraitinə uyğun) yanğına qarşı tədbirlər, havadəyişmə kameralarına (qapaqlar) və digər avadanlıqlara profilaktiki xidmət müddətləri nəzərdə tutulur. Habelə yanğın baş verən zaman yaxud qəza hallarında xidməti heyətin hərəkət qaydaları müəyyənləşdirilir.

3.4.3. Havadəyişmə qurğularına nəzarəti həyata keçirən növbətçi heyət (usta, çilingər) ventilyatorlarla, hava yollarına, alovdayandıran qurğulara, sulama kameralara, torpaqlama qurğularına planlı profilaktiki baxış keçirməli və onların iş rejimində yanğın baş verməsinə, yaxud yanğının yayılmasına səbəb ola bilən hər hansı bir nasazlıq və ya pozuntunun aradan qaldırılması yönümündə tədbirlər həyata keçirilməlidir.

3.4.4. Havadəyişmə kameralarında hər hansı avadanlıqların və malların saxlanılması qəti qadağandır. Havadəyişmə kameraları daima qıfılla bağlı vəziyyətdə olmalıdır. Onlara kənar şəxslərin daxil olması qadağandır.

3.4.5. Hava yollarında yanğına qarşı sədlərin kəsişdiyi yerlərdə avtomatik alovdayandıran qurğuların (qapaqların) vəziyyətinə daima nəzarət olunmalıdır.

3.4.6. Avtomatik alovdayandıran qurğuların istismarı zamanı aşağıdakılar zəruridir:

3.4.6.1. Onların texniki vəziyyətini müntəzəm olaraq yoxlamaq:

3.4.6.2. Sürtgü intiqalının həssas elementlərini (tezəriyən qıfıllar, termohəssas elementlər və s.) vaxtlı-vaxtında yanar tozdan təmizləmək;

3.4.7. Ticarət və ictimai iaşə müəssisələrinin havadəyişmə sistemləri müstəqil olmalıdır.

3.4.8. Ventilyasiya sistemlərinin avtomatik yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemləri ilə birləşdirilməsi üçün nəzərdə tutulan qurğular saz vəziyyətdə saxlanılmalıdır.

3.4.9. Yanğın baş verən zaman havadəyişmə qurğusunu dərhal şəbəkədən ayırmaq lazımdır. Havadəyişmə qurğularının şəbəkədən ayrılması qaydası yanğın təhlükəsizliyi tədbirləri haqqındakı təlimatda qeyd edilməli və obyektin fəhlə və qulluqçuları tərəfindən diqqətlə öyrənilməlidir.

3.4.10. Yanğına qarşı hörgülər, yanmayan sorma çətirlər və kanallar texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.

3.4.11. Havadəyişmə sistemlərinin istismarı zamanı qadağan edilir:

3.4.11.1. Havadəyişmə kanallarından tüstü yolu kimi istifadə etmək;

3.4.11.2. Havadəyişmə kanallarına qaz isidici cihazları qoşmaq;

3.4.11.3. Alovdayandıran qurğuları şəbəkədən ayırmaq və yaxud ləğv etmək;

3.4.11.4. Hava yollarında, çətirlərdə toplanan yağ və digər yanar materialları təmizləmək;

3.4.11.5. Sorma kanallarını, gözlüklərini və barmaqlıqlarını bağlamaq;

3.4.11.6. Havadəyişmə kameralarının qapaqlarını açıq vəziyyətdə saxlamaq.

3.4.12. Dartıcı akkumlyator batareyalarının doldurulduğu binalarda havadəyişmə sistemləri daima işlək vəziyyətdə olmalıdır. Akkumlyator batareyalarının doldurulması üçün həmin otaqlarda beşdən artıq olmayan miqdarda özühərəkətedən maşınların qurulduğu zaman təkcə təbii havadəyişməyə yol verilir. Təbii havadəyişmə sisteminin vurucu dəlikləri yuxarı səviyyədə yerləşdirilməlidir.

3.4.13. Asanalışan mayelərin, lak, boya və kimyəvi məişət mallarının saxlandığı yerlərdə sorucu havadəyişmə sistemi fasiləsiz hava mübadiləsini təmin etməlidir.

3.4.14. Universal mağazalarda, universamlarda, ticarət mərkəzlərində və ticarət evlərində havadəyişmə qurğularının istismar edildiyi zaman təmiz hava vurulan yerlərdə yanar və zəhərli qaz, buxar, habelə tüstü və açıq odun daxil ola bilməsi imkanının aradan qaldırılmasına nəzarət edilməlidir;

3.4.15. Tüstüyə qarşı müdafiə sistemi qurğuları ilə təmin edilmiş obyektlərdə həftədə bir dəfədən az olmamaq şərti ilə avtomatikanın elektrik qidalandırıcı şitlərində möhürün və qıfılın, mühafizə sistemlərinin (əl vasitəsi ilə işəsalma düymələrinin olduğu yerə şüşə salınması, mərtəbələrdəki tüstü klapanlarının, qapaqlarının qapalı vəziyyətdə) mövcudluğu, habelə əl ilə işəsalma düyməsinin köməyi ilə ventilyatoru qısa müddətli (3-5 dəqiqə) işə salınmaqla yoxlanılmalıdır.

3.4.16. Tüstüyə qarşı müdafiə sisteminin işlək vəziyyətdə saxlanılması üçün zəruridir:

3.4.16.1. Havadəyişmə barmaqlıqlarını, qapaqlarını, icra mexanizmlərini, səlis qıfılları, sonluq ayırıcı açarları, vaxtaşırı tozdan, qış vaxtında jalüz qapılarını buzlaşmadan təmizləmək;

3.4.16.2. Hava yollarının və onların birləşmələrinin bütövlüyünün pozulmasına yol verməmək;

3.4.17. Tüstüyə qarşı müdafiə sisteminin nasaz qurğu və qovşaqlarını texniki sənədləşdirmədə qeyd edilən qurğu və qovşaqlarla əvəz edilməsinə icazə verilir. İnşaatçılarla razılaşdırılmış qaydada qurğu və qovşaqların texniki sənədləşdirilməsində göstərilməyən, lakin tələb olunan xarakteristikaya malik qurğu və qovşaqlarla dəyişdirilməsinə icazə verilir. Tüstüyə qarşı müdafiə sisteminin əl ilə idarəetmə məntəqəsində onları işə salmaq qaydası haqqında təlimat olmalıdır.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin