Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Görmə pozulmalarını yaradan səbəblər və görməpozulmaları olan uşaqların təsnifatı



Yüklə 138,05 Kb.
səhifə5/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   2   3   4   5   6   7   8   9   ...   22
görme imtahan cavabları (1)-1

Görmə pozulmalarını yaradan səbəblər və görməpozulmaları olan uşaqların təsnifatı

Gormənin pozulma səbəbləri. Görmə orqanının anadangəlmə xəstəlikləri və anomal inkişafı həm xarici, həm də daxili mənfi faktorların təsiri ilə meydana gəlir. Araşdırılmalar göstərir ki, kor uşaqardan təqribən 30% -də qüsurun məhz anadangəlmə, irsi xarakter daşıyır. Kliniki cəhətdən aparılan tədqiqatlar irsi patologiyaların formaları müəyyən edilmişdir: göz almasının inkişafını yaradan irsi xəstəliklər; buynuz qişanın xəstəlikləri; damarlı qişanın iris patologiyaları və torlu qişanın digər patalogiyaları. Kor və qismən görən uşaqlarda irsi faktorlardan başqa dölün inkişafı mərhələsində daxili və xarici mənfi amillərin təsiri nəticəsində görmə orqanının inkişaf anomaliyaları da qeyd olunur. Bu inkişaf anomaliyaları əsasən patoloji hamiləlik, ananın viruslu xəstəlikləri, toksiplazmoz, məxmərək və s nəticəsi kimi meydana çıxır. Görmə pozulmalarını əmələ gətirən səbəblər müxtəlifdir. Görmə pozulmalarını yaradan səbəblər iki qrupda anadangəlmə və qazanılma olaraq fərqləndirilir. Bir sıra tədqiqatçıların araşdırmalarına görə görmə patalogiyalarının çox böyük hissəsi anadangəlmə xarakterə malik olub, həm daxili, həm də xarici faktorların təsiri ilə meydana çıxırlar. Onlar daxili amillərə - hamiləlik dövründə, xüsusilə də, onun ilk aylarında, görmə orqanının formalaşdığı bir dövrdə ananın yoluxduğu infeksiyalı - viruslu xəstəlikləri; məxmərək, qrip, toksiplazmoz, rezus amilə görə ana ilə uşağın qan uyğunsuzluğu aiddir. Qeyd etmək lazımdır ki, anadan gəlmə görmə qüsurlarının çox böyük hissəsi irsi -genetik amillərin təsiri ilə də yaranır. İrsi genetik görmə pozulmaları nəsildən-nəslə ötürülərək bir sıra ağır göz patalogiyaların yaranmasına səbəb olur. Buna misal olaraq anadangəlmə katarakta, göz dibinin daralması, görmə yollarının inkişafdan qalması və s. göstərmək olar. Xarici amillərə isə hamilə qadının aldığı fiziki xəsarətlər, stress, təbii fəlakətlər aiddir. Anadangəlmə görmə qüsurları baş beynin bir sıra şöbələrinin, gözün, görmə siniri, torlu qişanın inkişafının pozulması nəticəsində meydana çıxır. Görmə analizatorunun anadangəlmə pozulmaları həm ağır görmə qüsurlarını korluğu, həm də zəif görmənni bir çox formalarının yaranmasını şərtləndirir. Tədqiqatçıların bəziləri zəif görmənin bir çox formalarının qazanılma olmasını qeyd edirlər. Qazanılma görmə qüsurları müəyyən göz xəstəliklərindən həmçinin göz almasının, göz dibinin zədələnmələri və kəllə -beyin xəsarətlərindən sonra meydana çıxır. Bundan əlavə, uşaqların ağır infeksiyalı xəstəliklərə yoluxması menengit, ensefalit, qrip, qızılca, kimi xəstəliklərə yoluxması, gözün görmə yolları mərkəzlərinin iltihablı xəstəlikləri, beyin şişləri, gözün, beynin ağır xəsarətləri nəticəsin də qazanılma görmə patologiyaları baş verə bilər. Görmə qüsurlarını yaradan səbəbləri tədqiqatçılar həm bioloji, həm də sosial olaraq da fərqləndirmişlər. Belə ki, görmə qüsurlarını yaradan bioloji səbəblərə təbii, irsi amilləri aid etmişlər Görmə patologiyalarını yaranmasında irsi-genetik amillərlə yanaşı, sosial səbəblərin də: uşağın yaşam tərzi, mühiti, sosial -iqtisadi vəziyyəti və s-nin böyük rol oynadığını qeyd etmişlər. Görmə funksiyalarının pozulma səbəblərinin təhlili göstərir ki, həm korluğun, həm də zəif görmənin bir çox formaları anadangəlmə və qazanılma ola bilər. Beləliklə, görmə pozulmalarını yaradan səbəbləri ümumiləşdirərək aşağıdakıları müəyyənləşdirdik: 1. Görmə pozulmaları: İrsi -genetik xəstəliklərlə şərtlənir və bura göz almasının ölçülərinin dəyişməsi aiddir. 2. Görmə qüsurlarını yaradan səbəblərdən biri uşaqda anadan gəlmə və ya qazanılma beyin şişlərinin olmasıdır. 3. Hamiləlik dövründə ananın keçirdiyi müxtəlif xəstəlikləri, maddələr mübadiləsinin pozulmaları, çox güclü psixoloji sarsıntının keçirtməsi görmə qüsurlarını yarada bilər. 4. Görmə qüsurlarını yaradan səbəblərə sosial və məişət şəraiti, pis qidalanma, münbit olmayan təbiət və iqlim şəraiti daxildir.
Kor və zəif görən uşaqların psixi inkişaf xüsusiyyətlərinin özünəməxsusluğunun araşdırılmnası birinci növbədə onların potensial imkanlarının görənlərlə eyni olmasına istinad etməklə öyrənilməlidir. Belə ki, həm normal, həm də kor uşaqlar təlim–tərbiyə almaqla inkişaf edirlər. Təlim – tərbiyə prosesində qarşıya qoyulan məqsəd və vəzifələrdə, hər iki kateqoriyalı uşaqlar üçün məktəblərdə təldris işinin təşkilində, təlim – tərbiyə metodlarında da elə bir fərq yoxdur. Demək olar ki, hər ikisində fərqli cəhətlərdən sə daha çox oxşarlıqlar vardır. Lakin normal və görmə qüsurlu uşağın psixi inkişafında ümumi cəhətlərin olmasına baxmayaraq, xüsusi cəhətlərin olması da qeyd edilməlidir. Bu spesifiklik kor uşağın sinir – psixi inkişafının özünəməxsus təşkili, xüsusilə də, aparıcı analizatorlardan biri olan görmənin yoxluğu səbəbindən ətraf aləmlə, sosial mühitlə vizual əlaqənin olmaması ilə əlaqədardır. Müəyyən edilmişdir ki, kor uşaqlarda kompensasiya prosesi öz-özlüyündə meydana çıxmayıb məktəb təlim –tərbiyəsi ilə bağlıdır. Aparılmış təcrübələrdən aydın olmuşdur ki, ağır görmə qüsurlu uşaqların təliminin ilk iki ilində eşitmə, dəri, qoxu ilə qavrama prosesi heç də sürətli olmur. Yalnız təlimin üçüncü ilində uşaqlarda bu analizatorların kompensator fəaliyyəti inkişaf edərək eşidənlərdə olduğu kimi olur. Beləliklə, təlim prosesinin təsiri altında kor uşaqlarda eşitmə, dəri, qoxu, taktil-vibrasiya analizatorlarının funksiyası, xüsusilə də lamisə və vibrasiya həssaslığı daha da fəallaşıb kompensator fəaliyyət xarakteri qazanır və 3-4 ildən sonra kor uşaqlara normal həmyaşlarına çatmağa, hətta onları ötməyə imkan verir. Beləliklə də, ağır görmə qüsurlu uşaqların təlim –tərbiyəsinin qabaqcıl təcrübəsi göstərir ki, ikincili qüsurun (məkanda bələdləşmə) və onunla bağlı psixi və fiziki inkişafın ləngiməsinin aradan qaldırılması üçün erkən vaxtda təlim-tərbiyənin təşkili çox böyük əhəmiyyət kəsb edir. Kor uşaqların uğurlu təlim-tərbiyə prosesinin təşkli üçün gərəkli olan əsas şərtlərdan ibarətdir: 1. Korluğun dərəcəsi; 2. Korluğun baş vermə zamanı; 3.Korreksiyaedici- təlimin başlanma zamanı və onun metodikası; 4. Kar uşağın və onu əhatə edənlərin ünsiyyət formaları və bu ünsiyyətin həcmi; Demək lazımdır ki, kor uşaqlarla müqayisədə zəifgörən və ya sonradan korlaşan uşaqlarda hissi dərketmə əvvəlcə çox ləng inkişaf edir. Sonralar isə xüsusi təşkil olunmuş korreksiya-pedaqoji işin təsiri ilə inkişaf etməyə başlayır. Dünya praktikasında görmə pozulmaları olan uşaqlar iki kateqoriya ayrılırlar: kor doğulmuşlar və korlaşmışlar. Adətən, anadan kor doğulmuş və üç yaşına qədər korlaşmış uşaqlarda görmə təzəvvürləri olmadığından onların bütövlükdə psixi inkişafı zədələnməmiş, mühafizə edilmiş məhdud sensor system əsasında həyata keçir. Qüsur nə qədər tez, erkən inkişaf mərhələsində yaranırsa, psixi inkişaf da bir o qədər böyük kənara çıxmalar formalaşır. Görmənin daha çox gec pozulması isə idrak fəaliyyətində əvvəlki görmə əsasında formalaşmış təsəvvür və surətlərdən istifadə etməyə, qüsurun kompensasiyasında yeni əlaqələrin qurulmasına imkan yaradır. Beləliklə də, həm uşaqların, həm də böyüklərin psixi inkişafında qüsurun baş vermə zamanı çox vacib xüsusi amillərdən biridir.


  1. Yüklə 138,05 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin