227
tam idiomatik tərcümə üçün material vermir. Belə
hallarda
tərcümədə kalka yolu ilə tərcüməyə müraciət olunur.
İngilis idiomlarının Azərbaycan dilinə kalka üsulu ilə
çevrilməsinə sonuncuda onlara uyğun gələ bilən
idiomların olmadığı hallarda müraciət edilir. Bu,
idiomatik vahidlərin transformasiyası üsullarından biridir.
İdiomatik vahidlərin kalka edilməsində mənbə dilin
idiomatik birləşmələrini təşkil edən komponentlərə görə
müəyyən edilir. Məsələn,
The moon is not seen when the
sun shines idiomunun Azərbaycan dilinə kalka üsulu ilə
tərcüməsində (“Gün çıxanda ay görünməz”) mənbə
dildəki ekpressivlik tam həcmdə saxlanmışdır.
İngilis idiomlarının Azərbaycan dilinə tərcüməsi
üsulları sonuncuda “hazır” modellərlə bağlıdır. Kalka və
yarımkalka üsulu ilə tərcüməyə əsasən mənbə dildə və
obyekt dildə idiomların mənaca üst-üstə düşdüyü hallarda
müraciət edilir.
Məsələn, əminliklə demək olar ki, ingilis
dilinin bilavasitə rolu sayəsində Azərbaycan dilinin
aşağıdakı idiomlarla zənginləşməsi mənbəyi məhz ingilis
dilidir:
Kassandra xəbərdarlıqları (Cassandra warnings),
229
Müşahidələr göstərir ki, bəzi idiomatik ifadələrə
araşdırdığımız dillərdən yalnız birində təsadüf edilir.
Digər dildə onu analoji vasitələrlə vermək mümkün
olmur. Məsələn: ing.
Carry coals to Newcastle
(“Nyukasla kömür daşımaq”), azərb.
Naxçıvana duz
Dostları ilə paylaş: